ATU əməkdaşının elmi-tədqiqat işi nüfuzlu jurnalda dərc olunub
23.09.2022 16:32

Azərbaycan Tibb Universitetinin Farmakoqnoziya kafedrasında ali təhsilli əczaçı kadrların hazırlanması ilə yanaşı, ölkə florasından olan yabanı bitkilərdə bioloji fəal maddələrin aşkar edilməsi, onların bioloji fəallıqlarının öyrənilməsi və tibbdə istifadəsi, yabanı bitkilərin xammal ehtiyatının öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri də aparılır.

 

Elmi tədqiqatlar Türkiyə, Rusiya, Fransa, Ukrayna və digər ölkələrin alimləri ilə birgə həyata keçirilir. Son illər ATU-nun Rusiya Federasiyasının Elmlər Akademiyasının Sibir şöbəsinin Ümumi və eksperimental biologiya institutu ilə təbii kimyəvi birləşmələrin tədqiqi sahəsində müştərək tədqiqatların aparılması haqda imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun müasir elmi-tədqiqat işləri yerinə yetirilir. Azərbaycanın yabanı dərman bitkilərinin tədqiqi Farmakoqnoziya kafedrasının əməkdaşlarının və doktorantlarının elmi işlərində öncül yer tutur. Bu elmi işlərdən biri nüfuzlu “Plants” jurnalının (impakt faktoru: 4,66) avqust sayında dərc olunub. “Caucasian Dragonheads: Phenolic compounds, polysaccharides and bioactivity of Dracocephalum austriacum and Dracocephalum botryoides” adlanan məqalə Farmakoqnoziya kafedrasının müdiri, professor Cavanşir İsayev və doktorant Günay Cəfərova, eləcə də Rusiya (Nina Kaşenko, Daniil Olennikov və Nadejda Çirikova) alimlərinin birgə əməkdaşlığı ilə hazırlanıb. 

 

Tədqiqat işində Azərbaycanın daha çox Böyük Qafqaz dağları ərazisində, xüsusən Xınalıq və Qrız kəndləri ətrafında yayılmış ilanbaşı cinsinə aid iki yabanı bitki növü: Fırça ilanbaşı və Avstriya ilanbaşı fitokimyəvi tədqiq olunub, eləcə də onların antioksidant fəallığı öyrənilib.

 

Qeyd edək ki, doktorant G.Cəfərova “Bəzi İlanbaşı (Dracocephalum L.) növlərinin farmakoqnostik öyrənilməsi”  mövzusunda dissertasiya işi üzərində çalışır. Məhz dərc olunan məqalə də doktorantın yerinə yetirdiyi elmi işlə bağlıdır. Azərbaycanda rast gəlinən 4 ilanbaşı növündən ikisi: Avstriya ilanbaşı və Fırça ilanbaşı növləri geniş yayıldığından və onların kifayət qədər xammal bazası olduğundan həmin bitkilərə aid fitokimyəvi tədqiqatlar aparılıb. Tədqiq edilən bitkilərdən alınan fərdi maddələrin müasir fiziki-kimyəvi üsullarla: HPLC-DAD-ESI-QQQ-MS identifikasiyası Rusiyada həyata keçirilib. Hal-hazırda fitokimyəvi tədqiqatlar üçün vacib olan sadalanan avadanlıq və cihazların, müvafiq standartların ölkəmizdə olmamasına baxmayaraq, azərbaycanlı alimlərin rusiyalı həmkarları ilə birgə fəaliyyəti sayəsində elmi tədqiqatı müasir səviyyədə yerinə yetirmək mümkün olub. Nəticədə Dracocephalum austriacum və Dracocephalum botryoides bitkilərindən flavonoidlər, liqnanlar və polisaxaridlərə aid təbii birləşmələr alınıb, eləcə də bəzi ekstraktların antioksidant fəallığı öyrənilib. Yerinə yetirilən tədqiqatların nəticəsi olaraq gələcəkdə alınan bioloji fəal birləşmələr əsasında effektiv fitovasitələrin hazılanması nəzərdə tutulub. 

 

Elmi məqalə ilə aşağıdaki linkdən istifadə etməklə tanış olmaq olar:

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC9413935/

https://www.researchgate.net/publication/362705410

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib