Vyana məktəblərində mobil qruplar koronavirus testi aparacaq
23.09.2020 12:54

Koronavirusa yoluxma sayı artdıqca testdən keçməli olanların sayı da artır. Hazırda Avstriyanın bütün regionlarında, xüsusilə də paytaxt Vyanada testdən keçənə və cavabı alana kimi bir neçə gün vaxt lazım olur. Bu isə gərginliyə, haqlı narazılığa, hətta bəzən əsassız yerə karantinə, test nəticəsinin gecikməsi isə yoluxmanın vüsət almasına səbəb olur.

 

Aztibb.az xəbər verir ki, yaranmış xaotik vəziyyətdən çıxmaq üçün Vyana şəhər meriyası Təhsil Nazirliyi ilə əməkdaşlıq şəraitində məktəblərdə qarqara üsulu ilə sürətli koronavirus testləri aparacaq. Təhsil naziri Haynts Fasmann pilot layihəni təqdim edərkən bildirib ki, dörd mobil qrup şəhər məktəblərində operativ şəkildə testlər həyata keçirəcək və nəticələr 24 saatdan gec olmayaraq təqdim ediləcək. Mövsümi xəstəliklərin baş qaldırdığı payız aylarında aparılan testlər vasitəsilə yanlış həyəcan siqnallarının da qarşısını almaq mümkün olacaq.

 

Qarqara üsulu ilə testlərin PCR-dən üstün cəhəti ondan ibarətdir ki, bu testin aparılması üçün xüsusi peşəkar tibbi heyətə ehtiyac yoxdur. Natrium-xlorid tərkibli məhlulla bir dəqiqə qarqara etdikdən sonra nümunə qısa zamanda laboratoriya şəraitində yoxlanıla bilir.

 

Artıq 600 min dəst qarqara testi sifariş verən Vyana şəhər meriyası mobil qruplara paralel şəkildə məktəblərin bu testi müstəqil şəkildə aparmasını həyata keçirmək niyyətindədir. Bunun üçün isə hələlik səhiyyə qurumlarının müvafiq icazəsi lazımdır.

 

Sentyabr ayının sonundan etibarən məktəblərdə, həmçinin monitorinq proqramı həyata keçiriləcək. Üç-dörd həftəlik intervalla Avstriyanın müxtəlif regionlarında kompüterlə təsadüfi seçilmiş 120 məktəbdə 15 min şagird və 1200 müəllim koronavirus testindən keçəcək. Təhsil Nazirliyi bu testlərin köməyilə yoluxma ocaqlarının vaxtında aşkarlanacağına və tədris müəssisələrində epidemioloji vəziyyət barədə dəqiq məlumat əldə ediləcəyinə ümid bəsləyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib