Pandemiya şəraitində ağciyərlərdə pnevmoniyanın effektiv təyini ilə bağlı mühüm nəticələr əldə olunub
12.09.2022 16:19

Pandemiya şəraitində COVID-19 xəstəliyinin diaqnostikasında “Chest X-ray” şəkilləri (Döş qəfəsinin rentgenoqrafiyası) mühüm rol oynayır. Lakin tibbi şəkil təsvirlərində COVID-19 xəstəliyinin neqativ və ya pozitiv olmasını müəyyən etməkdə başlıca problemlərdən biri klassifikasiya modellərinin səhv aşkarlama xətalarına çox yol vermələridir.


“COVID-19 pandemiyası şəraitində ağciyərlərdə pnevmoniyanın diaqnostikası üçün effektiv ansambl təlim üsullarının işlənməsi” (Diagnosis of pneumonia in the lungs in the conditions of the COVID-19 pandemic using ensemble learning methods) adlı məqalədə bu barədə məlumat verilib.

 

İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın və institutun doktorantı Süleyman Süleymanzadənin həmmüəllifi olduqları məqalə İsveçrənin “International Journal of Reasoning-based Intelligent Systems” jurnalında dərc olunub.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, tədqiqat çərçivəsində COVID-19 xəstəliyi üzrə “Chest X-ray” şəkil təsvirlərini uyğun COVID-19 və normal siniflərə dəqiq təyin edə bilən sistem təklif edilib.
Məqalə “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” layihəsi çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanıb.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib