Əbdülməcid Təbibin “Kitabül-müdavat” əsəri əsasında monoqrafiya hazırlanıb  
06.09.2022 10:26

Bu günlərdə yeganə nüsxəsi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan Əbdülməcid Təbibin “Kitabül-müdavat” əsərinin əlyazması əsasında hazırlanmış monoqrafiya nəşr olunub.

 

“Əbdülməcid Təbibin “Kitabül-müdavat” əlyazma əsərində sinir sisteminin bəzi xəstəlikləri və onların müalicəsi haqqında” adlı kitabın müəllifi Əlyazmalar İnstitutunun dissertantı, nevropatoloq Qəhrəman Qəhrəmanovdur. Oxuculara təqdim olunmuş yeni nəşrdə sinir sistemi xəstəlikləri və ruhi xəstəliklərin müalicəsi sahəsində müasir tibbin əldə etdiyi nailiyyətlərlə yaranması, onların müəyyənləşdirilməsi və aradan qaldırılmasının tarixi üsul və vasitələri barədə də ətraflı məlumat verilir.

 

Nevroloq həkimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu vəsaitdə, həmçinin qorxu, dəhşət, həyəcan, əzələlərin süst olması, hissi hərəki pozğunluqlar, baş ağrılarının səbəbləri, sayıqlama, hafizənin azalması, yuxunun pozulması və onların müalicəsi haqqında da geniş məlumat verilir.

 

Qeyd edək ki, yeni nəşrin elmi redaktorları tibb elmləri doktoru, professor Musa Ələkbərov, tarix elmləri doktoru, professor Nərgiz Quliyeva, rəyçiləri isə Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamandar Şərifov və Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, dosent Zəkiyyə Əbilovadır.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib