İstiqlal mübarizəsinin Naxçıvandan başlayan şərəfli yolu haqda bir neçə söz
03.09.2022 11:01
Tarixin də təbiət kimi pozulmaz qanunauyğunluqları var. Təsadüf sayılan hadisələrin özü də nizamlı bir prosesin zəruri həlqəsi kimi təzahür edir. Baş verən hər bir yenilik özündən əvvəlki hazırlığın nəticəsi olub, eyni zamanda, növbəti pillənin səbəbi kimi gerçəkləşir. Bu zəruri səbəb-nəticə zəncirində elə bir bir həlqə olur ki, onun təzahürü cari təqvimə xüsusi gün, həmin dövr tarixinə isə ən önəmli hadisə kimi yazılır.
Azərbaycan tarixinin yeni siyasi erası sayılan istiqlal savaşı, dövlət müstəqilliyinin qazanılmasından sonra zəruri gün kimi yadda qalan 15 iyun 1993-cü il tarixində ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı qurtuluş missiyasının başlanğıcı oldu.
Bir-biri ilə səbəb-nəticə dialektik əlaqəsi ilə bağlı olan qayıdış və qurtuluş hadisələri isə ulu öndərin 1990-cı ilin yayında Moskvada bədnam, ermənipərəst M.Qorbaçov siyasi güruhunun yaratdığı qısqanclıq və təcrid vəziyyətinə son qoyub Azərbaycana qayıtması, paytaxt Bakının rəhbər elitasının xəyanətkar dönüklüyündən üz çevirib doğulduğu Naxçıvana getməsi, burada xalqın sevgi və etimadı ilə yeni siyasi fəaliyyətə dəvət alması və bir ildən sonra – 1991-ci ilin sentyabrın 3-də Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında muxtar respublika parlamentinin sədri seçilərək blokadaya salınmış, taleyin ümidinə qalmış bu qədim türk torpağına rəhbərliyi həyata keçirməsi kimi tarixi-siyasi prosesinin qanunauyğun nəticəsi olaraq baş verdi.
Sonrakı gedişatı və bugünkü uğurlarımızı nəzərdən keçirərkən inamla demək olar ki, müstəqil Azərbaycan Respublikasının tarix səhnəsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin Naxçıvanda yerli siyasi hakimiyyəti qəbul edərək ölkənin yeni taleyinə yön və məzmun verən oduqca önəmli tədbirlərə start verməsi ilə müşayiət olundu.
Ulu Öndərin birbaşa rəhbərliyi altında müstəqil dövlət quruculuğunun zəruri və təxirəsalınmaz məsələləri məhz o zaman həllini tapdı. Əsası qoyulmuş müstəqil dövlət quruculuğu və qəbul edilən tarixi qərarlar o zaman ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Fenomen şəxsiyyət Heydər Əliyev Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Şərqin Qapısında daim yaşadılmış Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq yaratdı.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyi və mənəvi bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Bu gün ona görə qüdrətliyik ki, ölkəmiz 30 il əvvəlki parçalanmaq, dağılmaq təhlükəsindən qurtulub. Ümummilli liderin ən böyük əsəri olan müstəqil Azərbaycan dövləti onun ən layiqli varisi Prezident İlham Əliyevin liderliyi ilə dünyanın sayılıb-seçilən ölkəsinə çevrilərək taleyinin xoşbəxtliyini yaşayır, sürətli inkişaf yolundadır.
Bu işıqlı yolun memarı xalqımızın sevimli və əbədi lideri Heydər Əliyevdir. Bu yol müstəqilliyimizin, inkişafımızın, birliyimizin, bütövlüyümüzün xəritəsi, kompasıdır. Könlümüzün xəritəsi atalarımızın bizə miras qoyduğu Vətəndir. Vətən – Azərbaycan, Azərbaycan isə hər birimizə dahi Heydər Əliyevin ən müqəddəs əmanətidir.
Rəşad Mahmudov, tibb elmləri doktoru, millət vəkili
Bu bölməyə aid digər xəbərlər
ATU-da beynəlxalq elmi əməkdaşlıq çərçivəsində fundamental və tətbiqi xarakterli tədqiqatlar davam etdirilib
30.10.2026 | 15:34
Azərbaycanlı həkimlərin Almaniyadan dünyaya uzanan həmrəylik körpüsü
27.10.2026 | 09:30
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır
26.10.2026 | 10:54
Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı
24.10.2026 | 14:04
ATU əməkdaşının tək müəllif kimi hazırladığı elmi məqalə Q1 kateqoriyalı jurnalda dərc olunub
24.10.2026 | 10:50
Azərbaycan dilində müasir dərslik təqdim olunub
09.10.2026 | 10:49
Yeni mühazirə dərsliyi nəşr olunub
01.10.2026 | 16:12
Ölümsüzlük və əbədiyyət
30.09.2026 | 14:32
Elmi anatomiyanın banisi
29.09.2026 | 11:06
ATU-nun həkim-rezidentlərinin həmmüəllif olduğu elmi məqalə beynəlxalq "Rheumatology" jurnalında
27.09.2026 | 17:18
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
25.10.2026 | 10:23
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?
28.10.2026 | 16:50
Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
26.10.2026 | 16:52
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
22.10.2026 | 10:44
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 | 07:24
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir
27.10.2026 | 16:04
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
25.10.2026 | 09:28

