Hindistan COVID-19-a sutkalıq yoluxma sayına görə “liderlik” edir
22.09.2020 11:12

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 75 min 83 yeni yoluxma faktı qeydə alınıb. Bu, son 15 günün ən aşağı göstəricisi olsa da, ötən gün üçün dünyada sutkalıq ən çox yoluxma halıdır. Ümumiyyətlə, Hindistan son bir neçə gündür ki, sutkalıq yoluxma hallarının sayına görə “liderlik” edir.

 

Aztibb.az Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 5 milyon 562 min 663 nəfərə çatıb. Ötən sutka ərzində Hindistanda COVID-19 səbəbindən 1053 ölüm baş verib. Bununla Hindistanda pandemiya qurbanlarının sayı 88 min 935-ə çatıb. Nazirlik hazırda bir milyondan çox xəstənin müalicə aldığını açıqlayıb.

 

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Ölkədə virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da 2 milyonu, avqustun 22-də 3 milyonu, sentyabrın 4-də 4 milyonu, sentyabrın 15-də isə 5 milyonu ötüb. Avqustun 6-dan bəri sutkalıq ən çox yoluxma Hindistanda qeydə alınır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib