Koronavirusu öldürən ultrabənövşəyi lampa hazırlanıb
22.09.2020 11:09

Yaponiyanın işıq avadanlığı istehsalı sahəsində tanınmış “Ushio Inc.” şirkəti bu yaxınlarda dünyada ilk dəfə insan sağlamlığı üçün təhlükə yaratmadan koronavirusu öldürən ultrabənövşəyi lampanın istehsalına başlayıb.

 

Aztibb.az "Kyodo" agentliyinə istinadla xəbər verir ki, şirkətin Kolumbiya Universiteti ilə birlikdə hazırladığı “Care 222” ultrabənövşəyi lampası həyat üçün təhlükəli virusun insanların daim girib-çıxdığı yaşayış sahələrinin, o cümlədən ictimai nəqliyyat vasitələrinin, lift və ofislərin dezinfeksiyası üçün nəzərdə tutulub. Bildirilir ki, ultrabənövşəyi şüalar adətən səhiyyə və qida sənayesi obyektlərinin sterilizasiyası üçün istifadə olunur. Lakin ultrabənövşəyi lampalar dəri xərçənginə və gözlərdə problemin yaranmasına səbəb olduğuna görə bu lampalardan insanların olduğu məkanlarda istifadə edilmir.

 

“Ushio” şirkətinin təklif etdiyi yeni lampalarda 222 nanometr uzunluğunda ultrabənövşəyi şüalardan istifadə edildiyinə görə, bu lampalar mikrobları məhv etdiyi halda, insan sağlamlığı üçün təhlükə yaratmır.

 

Bu yaxınlarda üçüncü tərəf olaraq Hiroşima Universitetində aparılan sınaqlar 222 nanometr uzunluğunda ultrabənövşəyi dalğaların koronavirusu məhv etdiyini və onun insanların sağlamlığı üçün təhlükə yaratmadığını təsdiq edib.

 

Bildirilir ki, quruluşuna görə kitab ölçüsündə olan və çəkisi cəmi 1,2 kiloqram təşkil edən “Care 222” aparatının satış qiyməti 300 min yenə (təqribən 2860 dollar) bərabərdir.

 

Hazırda şirkət tərəfindən yalnız səhiyyə müəssisələri üçün həmin avadanlığın sifarişi qəbul edilir.

 

Bununla yanaşı, “Ushio” şirkətinin “Toshiba Lighting and Technology Corp.” şirkəti ilə birlikdə “Care 222” şüaötürücüsünün yerləşdiyi və ümumi istifadə üçün nəzərdə tutulan yeni avadanlığın istehsalına hazırlaşdığı da bildirilir. Həmin avadanlığın gələn ilin yanvarından satışa çıxarılacağı gözlənilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib