Azərbaycan qadınının fenomenal obrazı haqda bir neçə söz.. - Rəşad Mahmudovun yazısı
26.08.2022 17:00
Qadının cəmiyyətdəki mövqeyi və rolu həmişə ictimai fikirdə önəmli yer tutub. Azərbaycan xalqı da tarix boyu qadına dərin hörmət bəsləyib. Bu onun həyatın davam etməsində, ailənin və ətraf çevrənin qayğılarını bölüşməkdə çəkdiyi yükün ağırlığı və gərəkliyi ilə bağlı olub.
Azərbaycan qadını tarix boyu evdə olduğu kimi, ölkə miqyasında da ağılı düşüncəsi və hünəri, zəhməti ilə seçilib. İpək nənələrimizin, xoş diləkli analarımızın arzu-istəkləri dünyamıza əmin-amanlıq, həyatımıza firavanlıq gətirib.
Ən çətin anda xalqın, ölkənin taleyüklü məsələlərinin həll edilməsində kişilərlə çiyin-çiyinə dayanmış görkəmli qadınların həyat və mübarizəsi zaman-zaman qız-gəlinlərimiz üçün örnək, yeni nəsillər üçün öyünc ünvanı olub. Bütün bu ali bəşəri dəyərləri və yüksək insani xüsusiyyətləri, Azərbaycan qadınının nəcibliyini, humanistliyini, incəliyini və güclülüyünü, böyük ideallara bağlılığını amal və əməlində yaşadan, zənginləşdirən birinci xanım Mehriban Əliyeva Azərbaycan qadının mükəmməl obrazını dünya üçün də nümunə olan bir yüksəklikdə təcəssüm etdirir. Birinci vitse-prezident olaraq Mehriban xanımın cəmiyyət və dövlət həyatında tutduğu uca mövqe Azərbaycan qadınının bütün dünyadan görünən ən mükəmməl simasıdır.
Mehriban xanımın Azərbaycan tarixində ilk Birinci vitse-prezidenti kimi dövlət xadimi olaraq bütün dünyada artıq çoxdandır ki, diqqət mərkəzindədir. Mehriban xanım Əliyevanın mənalı, səmərəli və şərəfli həyatı, sivil, demokratik və bəşəri məramlı ictimai-siyasi fəaliyyəti ölkə daxilində ona hədsiz rəğbət və nüfuz qazandırmış, beynəlxalq aləmdə ölkəmizin modern imicinə əlavə zənginlik gətirmişdir.
Azərbaycan dövlətinin ikinci yüksək rəhbəri kimi Mehriban Əliyeva ölkənin hərtərəfli inkişafını gerçəkləşdirməkdə müstəsna fəaliyyəti təmin edən ali bir statusdadır. Azərbaycanın birinci xanımı kimi Mehriban Əliyevanın yüksək humanizm və bəşəri dəyərlərə söykənən ictimai-siyasi hədəfləri sürətlə reallığa çevrilir, irimiqyaslı yeniliklərin sorağı ölkə hüdudlarını aşaraq dünyaya yayılır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin timsalında ölkəmizin gücü və qüdrəti necə tanınırsa, Mehriban Əliyevanın simasında xalqımızın xeyirxahlıq və sülhpərvərlik məramı da elə populyarlaşıb.
Azərbaycan dövlətçiliyində Mehriban Əliyevanın yaratdığı Birinci xanım inistitutu müasir dövlət idarəetməsinin xüsusi bir sisteminə çevrilib. Mehriban xanım bu rəsmi statusa xüsusi çəki və dəyər qazandırıb. Azərbaycanın birinci xanımı hər bir vətəndaşın son ümid və pənah yeri olmaqla xeyirxahlığı ümummilli missiya səviyyəsinə ucalmış fenomendir.
Mehriban xanımda təzahür edən yüksək insani xüsusiyyətlər, kübarlıq və zadəganlıq həm də genetik amillərlə bağlıdır. Dünya şöhrətli elm xadimləri– fizik, akademik Arif Paşayevin və şərqşünas, filologiya elmləri doktoru Aida İmanquliyevanın yüksək elmi-mədəni dəyərlərə bağlı ailəsində məhz belə bir yurdsevər ziyalı və əməlpərvər şəxsiyyət yetişə bilərdi. Azərbaycanın ictimai-siyasi həyatında Mehriban Əliyevanın çoxcəhətli fəaliyyəti artıq müasir dövlət idarəçiliyinin zəruri amilinə, əvəzedilməz elementinə çevrilib.
Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanımın humanitar yönlü missiyası, xeyirxah xidmətləri yalnız ölkə hüdudları ilə məhdudlaşmır, onun beynəlxalq layihələri və bəşəri hədəfləri ölkəmizin qlobal arenada uğurlarına ciddi töhfələr verib. Bu istiqamətdə birinci xanımın gördüyü işlər dünyada modern Azərbaycan xanımının timsalında dövlətimiz və xalqımız haqqında yüksək təəssürat yaradıb.
Birinci vitse-prezidentin ən çox diqqətdə saxladığı məsələlərdən biri də şəhid ailələri, Qarabağ qaziləri ilə bağlıdır. Bu məqamda Mehriban xanım həm bir ana, həm də bir vətənpərvər dövlət rəhbəri timsalında ümumxalq sevgisi qazanmışdır. Bu gün uşaqdan-böyüyə hər bir azərbaycanlının sevgi-sayğılarının yönəldiyi Mehriban xanım həm də mötəbər bir ümid qapısı, həssas bir pənah ünvanıdır. Xəstə övladının taleyi təhlükədə olan, xaricdə təxirəsalınmaz əməliyyata ehtiyacı olan analar əminliklə bildirir ki, “narahat deyiləm, Mehriban xanımın xəbəri var, hər şey yaxşı olacaq”. Belə çoxsaylı nikbin sözlər Vətəninə, xalqına bağlı olan bir Azərbaycan qadınına ümumxalq sevgisinin parlaq ifadəsidir.
Xəstə uşaqlara, imkansız ailələrdən olan şəxslərə, məcburi köçkünlərə dayaq durması, onların ölkə xaricində belə müalicələrini, ağır cərrahi əməliyyatlarını təmin etmək Mehriban xanımın əsas missiyalarından birinə çevrilib.
Mehriban xanım belə fövqəladə sevgini qazanmış nümunəvi fəaliyyəti qədirbilən könüllərdə Azərbaycan xanımının çağdaş ali obrazını yeni ştrixlərlə zənginləşdirir. Azərbaycan milli musiqisinin tarixi köklərinə bağlı olan, onun özünəməxsusluğunu qoruyan, xalqımızın məxsusi zövq və tələbatını cavablandıran Mehriban xanımın ulu muğam sənətinin yaşadılmasına, inkişafına yönəlik zəruri tədbirlər kompleksi onu haqlı olaraq, ölkədə və dünyada çağdaş mədəniyyətimizin hamisi kimi şöhrətləndirib. Mehriban xanım Əliyeva həm də mədəni xilaskarlıq ilahəsi kimi fenomenləşib.
Mehriban xanım Əliyeva beynəlxalq aləmdə və nüfuzlu dünya təşkilatlarında böyük hörmətlə qəbul edilən, şəxsiyyəti təqdir olunan, fəaliyyəti alqışlanan personadır. Mehriban Əliyeva bütün fəaliyyəti dövründə bəşəri dəyərlərin, insanlığın qorunmasına yönəlik humanist məram sərgiləyərək xoşməramlı elçi, ədalət carçısı olduğunu əməli işləri ilə sübuta yetirib. Məhz buna görə Mehriban Əliyevanın simasında Azərbaycan dünyadan mərhəmət, humanizm kimi ali dəyərlərin aydın seçilən ünvanı kimi görünür. Alilik, böyüklük, insanpərvərlik bax, budur.
Azərbaycan qadınını dünyanın humanitar düzənində şərəfləndirən, ali məqama ucaldan Mehriban xanım Əliyeva bütün soydaşlarımızı qürurlandıran missiya sahibidir. Hər bir Azərbaycan ailəsinin sevimlisi olan Mehriban Əliyeva insana tükənməz sevgi qaynağı, sonsuz ümid və şəfqət mücəssəməsidir. Bir sözlə, Mehriban xanım Azərbaycan adının, qadınının dünyadakı səsidir. Onun səsi, sorağı ucalığımızdır. Bizə doğma olan bu səs həm də Azərbaycandır!
Rəşad MAHMUDOV, tibb elmləri doktoru, millət vəkili
Bu bölməyə aid digər xəbərlər
ATU-da beynəlxalq elmi əməkdaşlıq çərçivəsində fundamental və tətbiqi xarakterli tədqiqatlar davam etdirilib
30.10.2026 | 15:34
Azərbaycanlı həkimlərin Almaniyadan dünyaya uzanan həmrəylik körpüsü
27.10.2026 | 09:30
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır
26.10.2026 | 10:54
Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı
24.10.2026 | 14:04
ATU əməkdaşının tək müəllif kimi hazırladığı elmi məqalə Q1 kateqoriyalı jurnalda dərc olunub
24.10.2026 | 10:50
Azərbaycan dilində müasir dərslik təqdim olunub
09.10.2026 | 10:49
Yeni mühazirə dərsliyi nəşr olunub
01.10.2026 | 16:12
Ölümsüzlük və əbədiyyət
30.09.2026 | 14:32
Elmi anatomiyanın banisi
29.09.2026 | 11:06
ATU-nun həkim-rezidentlərinin həmmüəllif olduğu elmi məqalə beynəlxalq "Rheumatology" jurnalında
27.09.2026 | 17:18
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
25.10.2026 | 10:23
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?
28.10.2026 | 16:50
Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
26.10.2026 | 16:52
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
22.10.2026 | 10:44
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 | 07:24
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir
27.10.2026 | 16:04
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
25.10.2026 | 09:28

