Mərkəzi Gömrük Hospitalında COVID-19 testinin qiyməti 65 AZN təşkil edir
25.08.2022 12:04
Mərkəzi Gömrük Hospitalının müasir Real vaxtlı PZR laboratoriyası PZR (COVID-19) testdən keçmək xidmətini göstərir. PZR testinin qiyməti 65 AZN təşkil edir. PZR testi verən şəxsin burun və ağız boşluğundan yaxma götürülür. Şəxsiyyət vəsiqəsini təqdim etməklə hər gün saat 12.00-a qədər PZR testini vermək mümkündür.
 
Aztibb.az Hospitala istinadla xəbər verir ki, PZR testinin cavabı 12 saata qədər verilir. Qeyd edək ki, PZR testi verən şəxs yaxma götürülməzdən əvvəl ən azı 3-4 saat ərzində çay, su və digər mayelər qəbul etməməli, yemək yeməməlidir. Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.
 
Mərkəzi Gömrük Hospitalının müasir Real vaxtlı PZR laboratoriyası Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verir. Laboratoriya müasir avtomatik MagNA Pure 24 Roche ekstraktor cihazı ilə təchiz edilib ki, bu sistem 1 saat ərzində 24 avtomatik ekstraksiya olunmuş saflaşdırılmış RNT əldə etməyə imkan verir.
 
Real vaxtlı PZR müayinəsinin aparılması üçün burada qabaqcıl avtomatik Real-Time Bio-Rad CFX96 Touch cihazı quraşdılırmışdır. Sentrifuqalar, avtomatik dispenserlər, yoluxucu materialların toplanması və daşınması üçün konteynerlər, dezinfeksiyaedici maddələr və fərdi qoruyucu vasitələr laboratoriyada iş axınının təhlükəsizliyini tam olaraq təmin edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib