Dünya ölkələri yeni təhlükəli xəstəliklərə qarşı mübarizəyə birgə hazırlaşmalıdır - ÜST rəhbərindən çağırış
21.09.2020 18:47

"Biz dəqiq bilirik ki, gələcəkdə yeni viruslar və “İks” adlanan xəstəlik peyda olacaq".

Aztibb.az Birləşmiş Millətlər Təşkilatının (BMT) Xəbərlər Xidmətinə istinadla bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Gebreyesus Cenevrədə keçirilən mətbuat konfransında çıxış edərkən söyləyib. O, yeni xəstəliklərin baş verməsinin qarşısını almaq və onlarla mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətin zəruri vasitələrə malik olduğunu vurğulayıb.

T.Gebreyesus SARS və H5N1 viruslarına qarşı mübarizənin təcrübəsinə əsaslanan Tailand hökumətinin və ictimaiyyətinin vaxtında və sürətlə səfərbər olunaraq COVID-19-un yayılmasının qarşısını ala bilmələrini misal gətirib. “Tailandda olduğu kimi, “əzələ yaddaşının” inkişafı pandemiyaya qarşı mübarizə aparmaq üçün çox vacibdir və indi bütün dünya bu cəhətdən döyüş hazırlığında olmalıdır”, - deyə o vurğulayıb

ÜST rəhbərinin fikrincə, koronovirus artıq bu əsrdə baş vermiş ən təhlükəli xəstəliklərin ilk epidemiyası olmasa da, o beynəlxalq ictimaiyyəti qəfildən yaxalayıb. O, bununla bağlı Zika və Ebola kimi xəstəlikləri misal gətirib.

“Hər dəfə eyni şey baş verir. Epidemiyanın ən qızğın çağında onunla mübarizəyə böyük pullar xərclənir, lakin sonrakı epidemiyaya hazırlaşmaq üçün ehtiyat fondunda vəsait qalmır”, - deyə T. Gebreyesus söyləyib.

O, xatırladıb ki, XXI əsrdə təhlükəli xəstəliklərin əksəriyyəti zoonoz xəstəliklərə, yəni insana heyvanlardan ötürülən xəstəliklərə aid olanlardır. Çox güman ki, COVID-19 da onların sırasına daxildir. Bu xəstəliyin əsas daşıyıcısının yarasalar olması və bu virusun onlardan digər heyvana keçərək insana yoluxması ehtimal olunur. Mümkün “vasitəçilər” sırasında panqolinlərin adı çəkilir.

ÜST rəhbəri insanın vəhşi təbiətin ərazisini mənimsəməkdə davam etdiyini və buna görə də yeni patogenlərin heyvanlardan insana keçməsi riskinin artdığını vurğulayıb.

O, bəyan edib ki, beynəlxalq ictimaiyyət ötən illərin təcrübəsinə əsaslanaraq yeni xəstəlik və pandemiyalara qarşı mübarizəyə birgə hazırlaşmalıdır.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib