“Şuşa ili”ində Şuşa haqqında bir neçə söz - Rəşad Mahmudov yazır...
22.08.2022 17:33
Azərbaycanın döyünən ürəyi olan Qarabağ 30 illik işğaldan azad olunub, babaların müqəddəs əmanəti olan Vətən bütövləşib. Vətən müharibəsində namərd və qəddar düşmənin darmadağın edilməsi ölkəmizə Zəfər təntənəsi gətirib. Savaşın zirvəsi sayılan qədim mədəniyyət beşiyi Şuşanın azad edilməsi xalqımıza ikiqat artıq sevinc və öyünc bəxş edib.
Ali Baş Komandanın qəhrəmanlıq qalası Şuşanın əlbəyaxa döyüşlə fəthi başa çatan anlarda televiziya ilə dünyaya yayılan “Əziz Şuşa, sən azadsan!” xitabı Azərbaycanın başı üzərində əbədi qürur günəşi kimi parlayıb, hünər tariximizə qızıl hərflərlə həkk olunub. Müzəffər baş sərkərdənin “Əziz Şuşa, biz qayıtdıq!” nidası 28 ildən bəri göynəyən qəlbimizə rahatlıq gətirdi, əbədiyyətə qovuşmuş şəhidlərimizin ruhunu şad etdi. Şuşanın düşmən əsarətindən xilas edilməsi təkcə Vətən müharibəsinin zirvəsi və sonu deyil, həm də xalqımızın tarixi qəhrəmanlıq salnaməsində ən uca məqam və bütövləşmiş Vətənin yeni növrağının başlanğıcı oldu.
Şuşanın nadir coğrafi mövqeyi, üstün siyasi önəmi, ən başlıcası xalqın “mədəniyyət paytaxtı” statusu qazanması postmüharibə dövründə bu şəhərin bərpa və inkişafına müstəsna diqqət göstərilməsi ilə müşayiət olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi Türk dünyasının mədəniyyət mərkəzi olan şəhəri Azərbaycan sərhədlərindən çox-çox uzaqlarda da diqqət mərkəzinə çıxardı. Bu gün Şuşa həm də Azərbaycan Türkiyə müttəfiqliyinin ən yüksək səviyyədə rəsmi təsdiqi olan Şuşa Bəyannaməsinin imzalandığı məkan kimi tarixə düşüb.
Müxtəlif ölkədaxili və beynəlxalq tədbirlərin Şuşa şəhərində keçirilməsi bizim Qarabağa qayıdışımızın xüsusi əlaməti olmaqla yanaşı, həm də könlümüzün qibləgahı olan bu şəhərin xalqımız üçün misilsiz dəyərini bütün dünyaya anlatmağa yönəlib. Şuşa bir qərinəyə yaxın idi ki, işğal olunmuşdu, məhbəs həyatı yaşayırdı, daha dəqiq desək, namərd düşmənə əsir düşmüşdü. Şüşə qəlbli Şuşamız zəhər nəfəsli yaşının əhatəsində inləyirdi, öz sahiblərini gözləyirdi. Keçilməz qayaları, əlverişsiz sədləri aşaraq peşəkarlığını nümayiş etdirən qəhrəman ordumuz Şuşanı azad etməklə dünyanın hərb tarixinə yeni savaş örnəyi yazdı. Nəhayət, biz zəfərlə qayıtdıq, əbədi sakin olmaq, Şuşanı dirçəldib, gözəlləşdirib dünyada seçilən bir büllur şəhərə çevirmək üçün qayıtdıq.
Bu qayıdışla düşmən məğlub oldu. Mifləşdirilən düşmən ordusu diz çökdürüldü. Prezident İlham Əliyevin sərkərdəliyi ilə Şuşanın timsalında işğaldan azad edilən Vətən yenidən xoş günlərinə qovuşdu. Ölkə başdan-başa bayram ab-havasına büründü. Azərbaycanın dostları sevinc, düşmənləri matəm notlarına qərq oldu. Davranışları, islaholunmaz hərəkətləri ilə Cənubi Qafqazın təəssüfü olan Ermənistanın hərbi-siyasi rəhbərliyi döyüş və siyasət səngərində miskin duruma salındı.
Vətəni belə sevir, belə qoruyurlar. Xalqı və Vətəni necə sevməyi, bu müqəddəs amal uğrunda ölməyi biz dahi və ən böyük azərbaycanlı Heydər Əliyevdən öyrəndik. Məhz bu dahi azərbaycanlının rəhbərliyi ilə Şuşa inkişaf etmiş, qayğı ilə əhatə olunmuşdu. Sülh danışıqlarında belə, ulu öndər bu müqəddəs mədəniyyət ocağı ilə maraqlanır, tarixi abidələrimizin, ruhu narahat olan Vaqifin məqbərəsinin vandalcasına dağıdılmasının narahatlığını ifadə edirdi. Vətəni əsarətdən xilas etməyi örnəyini isə Ali Baş Komandan İlham Əliyev yaratdı və dünyaya nümayiş etdirdi. Dövlət başçısı bu gün həm də Vətəni dirçəldib ucaltmaq nümunəsi ilə misilsiz bir liderlik qüdrəti ilə gerçəkləşdirir.
Bu gün bizə əziz olan Şuşa azaddır. Vətəndaşlarımız bu qeyrət qalasını axın-axın, fasiləsiz olaraq ziyarət edir. Şuşa geniş abadlıq ünvanına çevrilib, qısa bir zamanda cənnətməkan bir şəhərə çevrilir, taleyinin və tarixinin yeni bəxtəvər dövrünü yaşayır. Şuşa zirvəsindən Azərbaycana qürurla, başıdik, alnıaçıq baxarıq. Şuşasız Azərbaycan necə kövrək idisə, Şuşalı Azərbaycan bir o qədər məğrur və möhtəşəm görünür. Şuşa hər kəsin və hamının ruhən, cismən qarabağlı, şuşalı olması ilə yenidən Azərbaycanımızın başının tacına çevrildi. Bu tacı bundan sonra Azərbaycanın başından heç kəs götürə bilməz. Çünki biz bu qeyrət qalasını onun əbədi sakini olmaq üçün geri qaytarmışıq.
Qayalarda şəhid qardaşlarımızın Vətən eşqiylə gülümsəyən qəhrəman baxışları gözlərimizi yaşardır və bu baxışlar pıçıldayır - “Vətən sizlərə əmanət”!
Daxili və xarici düşmənlərin namərdcəsinə təslim etdiyi Şuşanı heyrətamiz bir qəhrəmanlıqla azad edən ordumuz dünyanın hərb elmi üçün dərslik, tarix üçün tarix yazdı. Şübhəsiz ki, bu dərslik və tarixin müəllifi ölkəmizin düşmənlərinin belə şəxsiyyətinə, intelektinə, idarəçiliyinə və vətənpərvərliyinə həsəd apardığı Baş Sərkərdə İlham Əliyevdir. Əmanət, şuşalı, qarabağlı Vətənimiz prezident İlham Əliyevlə tam etibarlı əldədir! Prezident İlham Əliyev bu əmanətə sahib çıxan xalq lideri kimi müstəqilliyimizin və bütövlüyümüzün elə ən etibarlı təminatçısıdır!
Rəşad Mahmudov, tibb elmləri doktoru, millət vəkili
Bu bölməyə aid digər xəbərlər
ATU-da beynəlxalq elmi əməkdaşlıq çərçivəsində fundamental və tətbiqi xarakterli tədqiqatlar davam etdirilib
30.10.2026 | 15:34
Azərbaycanlı həkimlərin Almaniyadan dünyaya uzanan həmrəylik körpüsü
27.10.2026 | 09:30
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır
26.10.2026 | 10:54
Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı
24.10.2026 | 14:04
ATU əməkdaşının tək müəllif kimi hazırladığı elmi məqalə Q1 kateqoriyalı jurnalda dərc olunub
24.10.2026 | 10:50
Azərbaycan dilində müasir dərslik təqdim olunub
09.10.2026 | 10:49
Yeni mühazirə dərsliyi nəşr olunub
01.10.2026 | 16:12
Ölümsüzlük və əbədiyyət
30.09.2026 | 14:32
Elmi anatomiyanın banisi
29.09.2026 | 11:06
ATU-nun həkim-rezidentlərinin həmmüəllif olduğu elmi məqalə beynəlxalq "Rheumatology" jurnalında
27.09.2026 | 17:18
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
25.10.2026 | 10:23
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?
28.10.2026 | 16:50
Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
26.10.2026 | 16:52
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
22.10.2026 | 10:44
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 | 07:24
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir
27.10.2026 | 16:04
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
25.10.2026 | 09:28

