Azərbaycanın toksigen mikobiotası ilə bağlı MONOQRAFİYA  
12.08.2022 13:25

Mikrobiologiya İnstitutunun mikrobioloji biotexnologiya laboratoriyasının müdiri dosent Könül Baxşəliyevanın “Azərbaycanın toksigen mikobiotası: növ tərkibi, ekobioloji xüsusiyyətləri” adlı yeni monoqrafiyası çapdan çıxıb.


Bu barədə Aztibb.az-a institutdan məlumat verilib. Bildirilib ki, kitabın elmi redaktoru Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, rəyçilərı akademik Məmməd Salmanov, professorlar Fərayət Əhmədova və Gülər Seyidovadır.


Monoqrafiya son dövrlərdə tədqiqatçıların diqqət mərkəzində olan toksigen göbələklərin, eləcə də onların Azərbaycanda yayılan növlərinin ekoloji xüsusiyyətlərinin tədqiqi zamanı əldə edilən nəticələr əsasında hazırlanıb.


Kitabda mikrobioloqlar, mikoloqlar, ekoloqlar üçün toksigen göbələklərin Azərbaycanda yayılan növləri, qeydə alınan növlərin ekobioloji xüsusiyyətləri, eləcə də həmin göbələklərin fəaliyyətinin məhdudlaşdırilmasına səbəb olan vasitələr haqqında maraqlı məlumatlar yer alıb.


Elmi ictimaiyyətə təqdim olunan monoqrafiyadan mikrobiologiya, mikologiya sahəsində çalışan tədqiqatçılar, mütəxəssislər faydalana bilər.
“Azərbaycanın toksigen mikobiotası: növ tərkibi, ekobioloji xüsusiyyətləri” monoqrafiyası Mikrobiologiya İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunub.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib