Avstriyada könüllülər üzərində koronavirusa qarşı peyvənd sınaqları aparılacaq
20.09.2020 12:38

Koronavirusa qarşı peyvəndin hazırlanması üçün aparılan beynəlxalq elmi tədqiqat çərçivəsində Avstriyanın Zaltsburq əyalətində də kliniki sınaqlar aparılacaq.

Aztibb.az xəbər verir ki, bu barədə Zaltsburq əyalət klinikalarının sözçüsü Volfqanq Fürveqer məlumat verib. Qeyd edilib ki, sentyabrın 27-dək 18-55 yaş arasında sağlam şəxslər kliniki sınaqda könüllü iştirak üçün müraciət edə bilərlər.

13 aylıq dövrü əhatə edən tədqiqatlar zamanı peyvənd maddəsinin təsir gücü və mümkün yan təsirləri araşdırılacaq. Peyvənd dozası vurulan könüllülər iki həftə nəzarət altında olacaqlar və bu müddətdə peyvəndin təhlükəsizliyi öyrəniləcək. Müddətin sonunda könüllülərin orqanizmində immunitetin səviyyəsi də diqqət mərkəzində olacaq.

Bildirilib ki, ABŞ əczaçılıq konsernlərindən birinin təqdim etdiyi peyvənd maddəsi Avstriya ilə yanaşı, ABŞ, Belçika və Fransada da könüllülər üzərində sınaqdan keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib