Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub
04.08.2022 16:38

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova, biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmova və Gülnar Abdullayevanın həmmüəllifi olduqları “Buğdanın yaranma mərkəzindən olan diploid əcdad növlərdən DREB geninin ayrılması və xarakterizə edilməsi” adlı məqalə “Genetics and Molecular Research” jurnalında çap edilib.

 

Bu barədə Aztibb.az-a institutdan məlumat verilib.

 

Bildirilib ki, Azərbaycanın yumşaq buğdanın ilkin yaranma mərkəzi olması ilə bağlı olaraq məqalə müasir buğdaların genom donorları olan yerli yabanı diploid buğdalardan stresə davamlılıqda əsas rol oynayan DREB transkripsiya faktorunun geninin tədqiqinə həsr olunub. Gen yabanı buğdalardan izolyasiya olunaraq sekvens edilib və in silico analizlər aparılıb. Sekvens analizin nəticələri NCBI beynəlxalq məlumat bazasına daxil edilib və MZ935739 və MZ935740 qeydiyyat nömrələri altında yerləşdirilib.

 

Tədqiqat AMEA Rəyasət Heyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar