"Modul tipli xəstəxanalar hazır vəziyyətə gətirilib" - TƏBİB-in əməkdaşı
03.08.2022 10:59

Adi qripə yoluxan zaman onu yeni növ koronavirusla (COVID-19) səhv salmaq olar, çünki hər iki virusun əlamətləri bir-birinə çox oxşayır. Təəssüf ki, həkim müayinəsinə getmədən hansı virusa yoluxmağı öyrənmək mümkün deyil.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklərə nəzarətin təşkili şöbəsinin əməkdaşı Turan İbrahimovanın sözlərinə görə, demək olar ki, hər iki xəstəliyin əlamətləri eynidir. Onları bir-birindən ayırd etmək çox çətindir. Ona görə də hər hansı hava-damcı yolu ilə yoluxan virus infeksiyalarının əlamətlərini hiss edən kimi mütləq COVID-19-un PZR testi verilməlidir.

 

Koronavirusun digər ştamlarından fərqli olaraq “omikron” ştamı və onun alt variantlarına yoluxanlar xəstəliyi daha yüngül formada keçirdiyinə görə qrip olduqlarını zənn edirlər. Lakin mütəxəssislərin dediyinə görə, “omikron”un ölümcül riski nisbətən az olsa da, diqqətli olmaq məsləhətdir: “Xəstəliyin yüngül keçməsi çox vaxt yoluxanlarda rahatlıq yaradır. Lakin hər dəfə xüsusi vurğulanır ki, xüsusi risk qrupları xəstəliyi ağır keçirə bilərlər. Həmin qrupa yaşı 65-dən yuxarı olanlar, onkoloji xəstələr, xroniki xəstələr və immun sistemi aşağı düşənlər daxildir”.

 

Onu da qeyd edək ki, yoluxma halları artdığına görə baş verə biləcək hər vəziyyətə qarşı lazımi tədbirlər görülüb. Modul tipli xəstəxanalar xəstələri qəbul etməsi üçün hazır vəziyyətə gətirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib