İsveçrənin əczaçılıq konserni SARS-CoV-2-yə qarşı sürətli seroloji test hazırlayıb
19.09.2020 12:42

İsveçrənin “Roche“ əczaçılıq konserni koronavirusa qarşı bədəndə yaranmış qoruyucu zülalların (anticisimlərin) səviyyəsinin kəmiyyət baxımından ölçülməsi üçün hazırladığı sürətli testləri satışa çıxarıb.

 

Aztibb.az xəbər verir ki, “Elecsys Anti-SARS-CoV-2” anticisim testi koronavirusun daşıyıcı hüceyrədəki reseptorla bağlantısına xidmət edən çıxıntılı zülalına qarşı yönəlib.

 

Konsernin diaqnostika bölməsinin rəhbəri Tomas Şineker bildirib ki, hazırda virusa qarşı mübarizədə təsirli peyvənd maddəsi ən real vasitə hesab olunur və bu faktı nəzərə aldıqda, peyvəndin orqanizmdə yaratdığı immunitetin kəmiyyət ölçüsü həmin peyvəndin nə dərəcədə keyfiyyətli və təsirli olduğunun göstəricisidir. Yeni kvantitativ “Elecsys Anti-SARS-CoV-2” anticisim testi peyvənd maddələri üzərində aparılan kliniki sınaqlarda açar rolu oynaya və peyvənd vurulmuş pasiyentlərdə immunlaşma səviyyəsini müəyyən etməkdə həkimlərə kömək edə bilər.

 

Qeyd edək ki, bu test “Roche” konserninin koronavirus portfoliosunda yer alan 12-ci testdir. Sürətli testin satışa çıxarılması xəbəri eyni zamanda konsernin birjalardakı səhmlərinə müsbət təsir göstərib və səhmin qiyməti 1,34 faiz artaraq 341,40 İsveçrə frankına çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib