Dünyada koronavirusdan ölənlərin sayı 950 min nəfəri ötüb
19.09.2020 10:47

Dünyada koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 950 min nəfəri ötüb.

 

Aztibb.az  "Worldometer" saytına istinadla xəbər verir ki, sentyabrın 17-də dünya üzrə 5 min 577 nəfər COVID-19 xəstəliyindən həyatını itirib, bununla da ölənlərin ümumi sayı 950 min 988 nəfərə çatıb.

 

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 30 milyon 375 min 397 yoluxma halı qeydə alınıb. Eyni zamanda, 22 milyon 60 min 16 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 358 min 964 xəstədən 61 min 349 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 874 min 596 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Hindistan tutur - 5 milyon 214 min 677 nəfər. Braziliyada 4 milyon 457 min 443, Rusiyada 1 milyon 91 min 186, Peruda 750 min 98, Kolumbiyada 743 min 945 nəfər COVID-19 virusuna yoluxub.

 

Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 202 min 213 nəfər. İlk beşliyə daxil olan Braziliyada 135 min 31, Hindistanda 84 min 404, Meksikada 72 min 179, Böyük Britaniyada isə 41 min 705 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

 

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib