Fransada 24 saat ərzində koronavirusdan 123 ölüm faktı qeydə alınıb
19.09.2020 08:35

Fransada son sutka ərzində COVID-19 epidemiyasına 13215 yeni yoluxma və 123 ölüm faktı qeydə alınıb.

 

Bu barədə Fransa Dövlət Səhiyyə İdarəsi məlumat verib.

 

Bildirilib ki, sentyabrın 18-də 403 koronavirus xəstəsi xəstəxanaya yerləşdirilib, reanimasiya şöbəsində ağır xəstələrin sayı 571-ə çatıb.

 

Epidemiya başlayandan ölkədə 31249 ölüm faktından 20689-u xəstəxanalarda qeydə alınıb.

 

Dövlət Səhiyyə İdarəsi əhalini xəbərdar edib ki, qrup yoluxmalarının, eləcə də koronavirus qurbanlarının sayının artması COVID-19 epidemiyasının intensivləşməsinin göstəriciləridir. Xəstəxanalarda çarpayıların sayının artırılması və yeni tibbi heyətin cəlb edilməsinə başlanılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib