Hər dörd koronavirus xəstəsindən birində post-COVID sindromu müşahidə edilir
21.07.2022 11:14

Demək olar ki, COVID-19 diaqnozu qoyulan hər dörd xəstədən birində “uzunmüddətli COVID” adlanan, yəni 12 həftə və ya daha çox davam edən simptomları olan post-COVID sindromu müşahidə olunur. 

 

Bu barədə “Scientific Reports” jurnalında amerikalı alimlərin dərc olunmuş yeni tədqiqatında deyilir.

 

Cənubi Kaliforniya Universitetinin alimlərinin rəhbərliyi ilə aparılan tədqiqatda ölkənin hər yerindən təxminən 8000 insan iştirak edib. Onlar 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına qədər iki həftədən bir ümumi sağlamlıq vəziyyəti və COVID-19 simptomları ilə bağlı sualları cavablandırıblar.

 

Tədqiqatda deyilir ki, COVID-19-dan əvvəlki sağlamlıq vəziyyəti nəzərə alınaraq, iştirakçıların təxminən 23 faizi yoluxma zamanı 12 həftədən çox davam edən yeni simptomların ortaya çıxdığını bildirib.

 

Bundan başqa, alimlər yoluxma zamanı insanlar piylənmə, saç tökülməsi, baş ağrıları və ya boğaz ağrısı keçirdikləri təqdirdə post-COVID sindromunun olma ehtimalının əhəmiyyətli dərəcədə yüksək olduğunu aşkar ediblər.

 

“Uzunmüddətli COVID-19 ictimai səhiyyə üçün ciddi problemdir. İyirmi üç faiz çox yüksək yayılmadır və milyonlarla insanı əhatə edə bilər”, - deyə Cənubi Kaliforniya Universitetinin Leonard Davis Gerontologiya Məktəbinin doktorantı, tədqiqat müəllifi Tsao U. bildirib.

 

"Bu xəstəliyin yayılması, davam edən simptomlar və risk amilləri haqqında əlavə biliklər tibb işçilərinə post-COVID sindromu olan insanların normal həyata qayıtmasına kömək etmək üçün resurslar və xidmətləri bölüşməyə kömək edə bilər", - deyə Tsao U. qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib