Hindistanda pandemiya səbəbindən əhalinin siyahıyaalınması təxirə salınıb
18.09.2020 12:39

Hindistan hökuməti COVID-19 böhranının yaratdığı vəziyyətlə əlaqədar əhalinin siyahıyaalınmasının birinci mərhələsini təxirə salıb.

Aztibb.az Hindistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qərarı Federal Daxili İşlər naziri Nityanand Ray parlamentdə çıxışı zamanı açıqlayıb. Siyahıyaalınmanın birinci mərhələsinin gələn ilin aprel-sentyabr aylarında keçirilməsi nəzərdə tutulmuşdu.

Hindistanda əhalinin siyahıyaalınması on ildən bir keçirilir. Proses zamanı təxminən 3 milyon sayıcı evlərə, yataqxanalara, iş yerlərinə bir-bir baş çəkərək müvafiq anketləri doldurur. Pandemiyanın yaratdığı böhran fonunda bu işləri reallaşdırmaq qeyri-mümkün hesab olunub.

Qeyd edək ki, Hindistan hazırda pandemiyanın episentrinə çevrilib. Son 10 gün ərzində orta hesabla sutkalıq yoluxma sayı 90 min nəfər təşkil edib. Bu müddətdə dünyada sutkalıq ən çox yoluxma da Hindistanda qeydə alınıb. Ötən gün yoluxma sayı 96 min 424, ölüm sayı isə 1174 olub. İndiyədək Hindistanda 5 milyon 214 min 677 nəfər bu virusa yoluxub, 84 min 372 nəfər isə ölüb. Hindistan virusa yoluxanların sayına görə dünyada ikinci, ölüm sayına görə isə üçüncü yerdədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib