“Azərbaycan Fizioloqlar jurnalı”nın ilk nömrəsi çapdan çıxıb
22.06.2022 11:19

AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru professor Ulduz Həşimovanın redaktorluğu ilə “Azərbaycan Fizioloqlar jurnalı”nın ilk nömrəsi çapdan çıxıb.

 

Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin təşəbbüsü ilə nəşr edilən jurnalda insan və heyvan fiziologiyasının bütün bölmələri və əlaqəli elmlərin – biokimya, biofizika, molekulyar biologiya, zoologiya, farmakologiya, biotibb və digərlərinin fizioloji aspektlərinə aid elmi tədqiqatların nəticələri üzrə orijinal məqalələr çap edilir. Jurnala məqalələr Azərbaycan, ingilis və rus dillərinin birində qəbul edilir.

 

Yerli və xarici mütəxəssislərin rəyi əsasında çap edilən jurnal 1956-cı ildə yarandığı gündən 36 cilddə nəşr olunmuş “A.İ.Qarayev adına Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin külliyyatı. Fiziologiya və biokimyanın problemləri” adı ilə tanınan jurnalın ardı və davamçısıdır.

 

Jurnalda eksperimental və kliniki fiziologiya və fiziologiya elminə aid fənlərarası biokimyəvi, genetik və biofiziki tədqiqatların nəticələrini əks etdirən, əvvəllər dərc edilməyən (tezis istisna olmaqla), digər jurnal və kitaba dərc edilmək üçün təqdim edilmə mərhələsində olmayan orijinal məqalələr yer alır.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib