Mərkəzi Gömrük Hospitalı koronavirus testindən keçmək xidməti göstərir - Foto
17.09.2020 13:03

Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyası vətəndaşlara koronavirus (COVID-19) testindən keçmək xidmətini göstərir. PCR testinin verilməsi üçün əvvəlcədən Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinə (012 404 08 08) nömrəsinə zəng vuraraq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçmiş vətəndaşlar Hospitalın qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi təqdim etməklə PCR testindən hər gün saat 12:00-a qədər keçə bilərlər.


Burundan və ağız boşluğundan yaxma götürülməklə test verənin COVID-19 infeksiyası daşıyıb-daşımadığını göstərir. PCR testinin cavabı həmin gün saat 19:00-a qədər verilir. PCR testi verən şəxs yaxma götürülməzdən əvvəl ən azı 3-4 saat ərzində çay, su və digər mayelər qəbul etməməli, yemək yeməməlidir. Belə ki, bu faktorların PCR reaksiyasının dəqiqliyinə çox böyük təsiri olur.


Eyni zamanda, PZR laboratoriya səyyar xidməti də göstərir. Pasiyentin ünvanından koronavirus (COVID-19) testi üçün nümunə götürülür. Daha test vermək üçün vətəndaşın hospitala gəlməsinə ehtiyac qalmır. PCR testin qiyməti 89 AZN təşkil edir. Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.


Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının müasir Real zamanlı PZR laboratoriyası Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verir. Laboratoriya müasir avtomatik MagNA Pure 24 Roche ekstraktor cihazı ilə təchiz edilib ki, bu sistem 1 saat ərzində 24 avtomatik ekstraksiya olunmuş saflaşdırılmış RNT əldə etməyə imkan verir.


Real zamanlı PZR müayinəsinin aparılması üçün burada qabaqcıl avtomatik Real-Time Bio-Rad CFX96 Touch cihazı quraşdılırmışdır. Sentrifuqalar, avtomatik dispenserlər, yoluxucu materialların toplanması və daşınması üçün konteynerlər, dezinfeksiyaedici maddələr və fərdi qoruyucu vasitələr laboratoriyada iş axınının təhlükəsizliyini tam olaraq təmin edir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib