"Elmi nəticələr COVID-19-un sonunun yaxınlaşdığını əlamətləndirir”
17.09.2020 11:28

“Elmi axtarışlar və əldə olunan nəticələr COVID-19-un sonunun yaxın olduğunu əlamətləndirir. Tədbirlərə düzgün əməl olunarsa, pandemiyanın son kritik aylarının yaxınlaşması mümkündür”.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun növbəti toplantısından sonra deyib.


F.Qoca bildirib ki, yeni növ koronavirusla mübarizə ilə bağlı hazırlanan peyvəndlərdən ümidverici nəticələr əldə olunmaqdadır:

 

“Hazırda  dünyada tətbiqinə hazırlıq mərhələsində olan 9 növ peyvənd var. İngiltərə, Almaniya və Çin artıq tətbiqə başlayıb. Biz də Türkiyə olaraq hazırlıqlara başladıq. Yerli peyvəndlərlə bağlı 13 fərqli fəaliyyətimiz təcrübə mərhələsindədir. Çindən gətirilən peyvənd bu gün Hacettepe Universitetində  3 könüllü tibb işçisi üzərində tətbiq olunub. İl sonuna qədər dünyada bir çox ölkədə kütləvi peyvənd tətbiqinə başlanması gözlənilir”.


Nazir qarşıdakı aylarda tədbirlərə ciddi əməl olunarsa, peyvəndlərə də ehtiyac qalmayacağını vurğulayıb:

 

“Peyvənd müalicə etmir, infeksiyaya yoluxmamaq üçün müqavimət yaradır. Unutmamalıyıq ki, virus mutasiyaya uğramayıb, ağır təsirləri davam etməkdədir. O səbəbdən də maska, məsafə və gigyenik qaydalara əməl etmək çox vacibdir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib