Türkiyədə koronavirusa sutkalıq yoluxmada sürətli artım müşahidə olunur
17.09.2020 08:45

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı hər gün orta hesabla yüz min test aparılır. Yeni yoluxmaların aşkarlanması əvvəlki xəstələrin müalicəsi üçün problem yaratmır. Hazırda ölkə üzrə xəstəxanalarda çarpayıların 51.6 faizi doludur.

 

Aztibb.az xəbər verir ki, bu sözləri nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

 

Peyvənd işləri, bu sahədə ayrı-ayrı ölkələrlə əməkdaşlıq, yoluxmanın vəziyyəti və səbəbləri və s. mühüm məsələlər barədə məlumat verən nazir Fahrettin Koca vurğulayıb ki, bu gün biz və dünyada virusun yayılması ilə aparılan mübarizədə əvvəllər olduğundan daha çətin bir dövrdəyik.

 

Qeyd edək ki, sentyabrın 16-da ölkə üzrə 112 min 645 nəfər koronovirus testindən keçirilib. Onlardan 1771 nəfər xəstə çıxıb. Sutka ərzində 1342 nəfər sağalıb, 63 xəstə dünyasını dəyişib. İndiyədək infeksiyadan ölənlərin sayı 7 min 249 nəfərə çatıb. Gündəlik yoluxma sayı dünənki ilə müqayisədə 29 nəfər çoxdur. Bu vaxtadək koronavirusa yoluxanların sayı 296 min 391 nəfərə çatıb. Hazırda 1351 xəstənin vəziyyəti ağırdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib