Vyana şəhəri koronavirus pandemiyası ilə əlaqədar riskli region elan edilib
17.09.2020 08:28

İsveçrənin ardınca Almaniya və Belçika da Avstriyanın paytaxtı Vyana şəhərini koronavirusa yoluxma ilə bağlı riskli regionlar siyahısına əlavə edib.

 

Aztibb.az xəbər verir ki, Vyana kimi riskli regionlardan gələnlər ölkəyə daxil olarkən ya mənfi PCR testi təqdim etməli, ya da iki həftəlik ev şəraitində karantində olmalıdırlar. Sentyabrın 5-dən etibarən Vyana şəhərində hər 100 min nəfərə gündəlik 50-dən artıq yoluxma halının qeydə alınması belə bir qərarın qəbul edilməsinə səbəb olub.

 

Avstriyanın Xarici İşlər naziri Aleksander Şallenberq müxtəlif ölkələr tərəfindən verilən qərarı şərh edərkən qeyd edib ki, Avstriya hökumət bu kimi qərarlara diqqətlə yanaşır və bütün ölkənin deyil, yalnız yoluxma hallarının çox olduğu regionların qırmızı zona elan edilməsini müsbət hal kimi dəyərləndirir. Bu addım Avstriyada yoluxmanın az olduğu regionlardakı insanların qeyd edilən ölkələrə sərbəst gediş-gəlişinə maneə törətmir.

 

Vyana şəhərinin meri Mixael Ludviq Avstriya paytaxtının qırmızı zona elan edilməsində qeyri-adi nəsə axtarmamağa çağırıb. O qeyd edib ki, Avropada insanların sıx yaşadığı bir çox şəhərlərdə yoluxma halları artıb. Digər tərəfdən isə Vyana şəhərində koronavirus infeksiyasına görə testlər digər regionlarla müqayisədə daha çox aparılır və bu da yoluxma saylarının çox olması ilə nəticələnir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib