Azərbaycanda tibb elminin tarixinə həsr olunmuş yeni MONOQRAFİYA
07.06.2022 17:50

Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin VƏ AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) baş direktoru, professor Məryəm Seyidbəylinin birgə müəllifliyi ilə “Azərbaycan tibb elminin tarixi” adlı yeni monoqrafiya nəşr olunub.

 

Kitab Elm Tarixi İnstitutunun Elmi şurasının 4 mart 2022-ci il tarixli iclasının qərarı ilə çap olunub. Nəşrin “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova, rəyçisi akademik Nərgiz Axundova, redaktorları isə ETİ-nin Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və həmin şöbənin elmi işçisi Solmaz Namazovadır.

 

Beş fəsildən ibarət kitabda “Azərbaycan tibb tarixinin mənbəşünaslıq və tarixşünaslığının qısa xülasəsi”, “Qədim və erkən orta əsrlər dövrü Azərbaycanda tibbi biliklər”, “VII-XVIII əsrlərdə Azərbaycanda təbabət elmi”, “XIX-XX əsrlərdə Azərbaycanda tibb elmi”, “Müstəqil Azərbaycan Respublikası səhiyyəsinin və tibb elminin tarixi” başlıqlı mövzular yer alıb.

 

Monoqrafiya Azərbaycanda tibb elminin ən qədim zamanlardan müasir dövrə qədər keçdiyi inkişaf yolunun öyrənilməsinə həsr olunub. Monoqrafiyanın araşdrma obyektini təşkil edən mövzu daha öncə bu qədər geniş və əhatəli tədqiq edilməyib.

 

Kitab tərtib edilərkən müxtəlif dillərdə qələmə alınmış əlyazma qaynaqlarından, tarixi mənbələrdən, arxiv materiallarından, statistik məlumatlardan və müasir tədqiqatlardan kompleks şəkildə istifadə olunub.

 

Vəsait tələbələr, elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib