Koronavirusla bağlı indiki vəziyyəti ikinci dalğa kimi qiymətləndirmək olar - Çexiyada
16.09.2020 07:28

Çexiyada yoluxanların sayı hələlik faciəli həddə çatmasa da, 2-3 həftədən sonra ölkənin stasionar xəstəxanalarında bu ilin yaz aylarında pandemiyanın ilk dalğası zamanı olan qədər xəstə yerləşdirilə bilər.

Aztibb.az xəbər verir ki, bu məlumat Çexiyanın Səhiyyə üzrə Hökumət Komissiyası tərəfindən yeni yoluxanların sayının artım dinamikasının öyrənilməsi əsasında hazırlanmış fövqəladə press-relizdə yer alıb.

 

“Koronavirusla bağlı indiki vəziyyəti xəstəliyin ikinci dalğası kimi qiymətləndirmək olar”, - deyə dərc olunmuş sənəddə bildirilir. Bununla yanaşı, ölkənin səhiyyə sisteminin hansısa bir məqamda öz imkanlarının son həddinə çata biləcəyi də qeyd olunub.

Çexiyada COVID-19 diaqnozu ilə xəstəxanalara yerləşdirilən insanların sayı hər gün təqribən 10 nəfər artır. Yoluxanların sayına görə hər 100 min nəfərə nisbətdə hazırda üçüncü olan Çexiya Avropa İttifaqı ölkələri arasında yalnız Fransa və İspaniyadan geridə qalır. Mövcud vəziyyət nəzarət altına alınmazsa, Çexiyanın bu istiqamətdə daha da “irəli gedəcəyi” istisna edilmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib