“Rusiya peyvəndi anticisim istehsalını nümayiş etdirir”
15.09.2020 17:38

“Rusiyanın “Sputnik V” koronavirus peyvəndi lazımi təhlükəsizlik səviyyəsini və anticisim istehsalını nümayiş etdirir”.


Aztibb.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə “Lancaster” Universitetinin molekulyar virologiya üzrə mütəxəssisi Dr. Muhammad Munir açıqlama verib.


“Sputnik V” peyvəndi məqbul təhlükəsizlik səviyyəsini və dərin immunogen xüsusiyətini nümayiş etdirib. Araşdırmada iştirak edənlərin sayı nisbətən az olsa da, “Sputnik V”ni ümidverici bir namizədə çevirən xüsusiyyətlər var”, - deyə ingilis mütəxəssis qeyd edib.

 

M.Munir təkrar immunizasiya ilə mövcud immunitetin peyvəndin ikinci dozasının təsirini poza bilmə riskinin olduğunu, ancaq Rusiya istehsalı peyvəndin bunun qarşısını ala biləcəyini bildirib.


“Sputnik V”də olduğu kimi, fərqli bir vektordan istifadə edilməsi bu problemin qarşısını alacaq”, - deyə Munir əlavə edib. Onun sözlərinə görə, peyvənd sınaqları qənaətbəxş aparılsa da daha yaxşı təşkil oluna bilərdi.


“Cinsiyyət bölgüsü və peyvənd sonrası nümunə götürülməsi daha yaxşı planlaşdırıla bilərdi, ancaq 18 ilə 60 yaş qrupu arasında aparılan testlər peyvənd sınaqlarının müsbət cəhətidir. Beləliklə, ümumilikdə bunun üçüncü mərhələ sınaqları üçün yaxşı bir başlanğıc və möhkəm təməl olduğunu deyə bilərik”, - mütəxəssis vurğulayıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib