Kütləvi test prosesində 1,7 milyon nəfər iştirak etdi
15.09.2020 17:20

Çinin Honkonq xüsusi inzibati ərazisində yeni növ koronavirusla (COVID-19) əlaqədar kütləvi testdənkeçmə prosesi başa çatıb.

 

Aztibb.az xəbər verir ki, test prosesində əvvəlcədən qeydiyyatdan keçmiş 1 milyon 783 min nəfər iştirak edib. Çinin materik hissəsindən olan mütəxəssislər də daxil olmaqla, 579 tibb işçisinin icra etdiyi proses zamanı 42 nəfərin test nəticəsi müsbət çıxıb. Həmin şəxslərin yaşadıqları və işlədikləri yerlər ciddi epidemioloji nəzarətə götürülüb.

 

Şəhər hökumətinin məlumatında deyilir ki, kütləvi testdənkeçmə prosesi başa çatsa da, sakinlər noyabrın 20-dək Honkonqdakı 22 xəstəxanada testdən keçə bilərlər.

 

Qeyd edək ki, Honkonq hökuməti iyul ayından bəri yoluxma hallarının çoxalması ilə ağırlaşan epidemik vəziyyəti nəzarət altına almaq üçün kütləvi testdənkeçmə prosesinin təşkilinə qərar vermişdi. İki həftə davam edən proses sakinlər üçün ödənişsiz olub və könüllülük prinsipi əsasında baş tutub. Prosesin yekunu olaraq, bəzi karantin tədbirlərinin sentyabrın 18-dən başlayaraq yumşaldılmasına qərar verilib. Bura barların, karaoke klublarının, üzgüçülük hovuzlarının və mövzu parklarının açılması, habelə restoranların fəaliyyət saatlarının uzadılması daxildir. Bundan başqa, hökumət turizm, qida və içki sektoru da daxil olmaqla, pandemiyadan ən çox zərər görən 23 sahəyə təxminən 580 milyon ABŞ dolları yardım ayırmağı qərara alıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib