Avstriyada paytaxt Vyana ilə İnnsbruk şəhərləri narıncı zona elan edilib
15.09.2020 13:08

Avstriyada koronavirus infeksiyasının sürətlə yayılmasını nəzərə alaraq, paytaxt Vyana və İnnsbruk şəhərləri narıncı zona elan ediliblər.

 

Aztibb.az xəbər verir ki, qeyd edilən şəhərlərlə yanaşı, Kufştayn, Dornbirn, Bludens, Mödlinq və Noynkirxen rayonları da “koronavirus işıqforu”nda narıncı rəngdə əks olunublar. Saatlarla sürən müzakirələrdən sonra ölkədəki epidemioloji vəziyyəti qiymətləndirən komissiya (mətbuatda bu komissiya işıqfor komissiyası adlandırılır) Yuxarı Avstriya və Vorarlberq federal əyalətlərində bir sıra rayonları sarı zonaya daxil edib.

 

Komissiyadan mətbuata verilən açıqlamada bildirilir ki, sarı zonadan narıncı zonaya keçidin əhali üçün ciddi təsiri olmayacaq və narıncı zona üçün tələb olunan məhdudiyyətlər hələlik qüvvəyə minmir. Paytaxt və bir sıra regionların narıncı zona elan edilməsi ilk növbədə əhalidə infeksiyaya yoluxma təhlükəsi ilə bağlı həssaslığı artırmağa xidmət edir.

 

Qeyd edilməlidir ki, Avstriyada gündəlik yoluxma halları (sentyabrın 14-də 756 fakt) digər Avropa ölkələri ilə müqayisədə, çox olmasa da, yoluxmaların təxminən yarısının paytaxt Vyananın payına düşməsi rəsmi qurumları narahat edir və paytaxtda yoluxma ocaqlarının sayının artmasından ehtiyat edilir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib