Koronavirusun payızda aktivləşəcəyi ilə əlaqədar proqnozlar öz təsdiqini tapmağa başlayır
15.09.2020 10:27

Koronavirus pandemiyasının payız aylarında aktivləşəcəyi ilə əlaqədar proqnozlar öz təsdiqini tapmağa başlayır. Yay mövsümündə yoluxma sayının azaldığı ölkələrdə sentyabrda yenidən yoluxma sayında aktivləşmə qeydə alınmağa başladı. Cənubi Qafqaz regionunda ən az yoluxma faktı Gürcüstanda müşahidə edilirdi. Ölkədə ən çox yoluxmanın qeydə alındığı aprel ayında yeni növ koronavirus (COVID-19) infeksiyasına 34 nəfər tutulmuşdu. Sentyabrın əvvəllərindən isə yoluxma halında rekord göstəricilər qeydə alındı. Ölkədə bununla əlaqədar xüsusi tədbirlər görülməyə başlandı və bəzi məhdudiyyətlər tətbiq edildi. Qardaş Türkiyədə də yoluxma sayı kəskin şəkildə artmaqda davam edir. Digər qonşu ölkə Rusiya isə yoluxma sayına görə dünyada 4-cü yerdədir. Orada yoluxma sayı 1 milyondan çoxdur. Buna görə də karantin rejiminin bəzi qaydaları sərtləşdirilib.

Azərbaycanda isə avqusta nisbətən yoluxma sayında artım qeydə alınır. Vətəndaşlar qaydalara riayət etmədiyi, tibbi maska taxmağı təqdirdə yoluxmanın daha da artma ehtimalı var.

AZƏRTAC xəbər verir ki, bunu həkim-terapevt Samir Rüstəmov deyib.

Onun sözlərinə görə, virusa yoluxmamaq üçün immun sisteminin gücləndirilməsi çox vacibdir. Yoluxmadan qorunmaq üçün həmçinin yaxın təmasdan çəkinmək, kütləvi toplanma ərazilərindən uzaq durmaq, vaxtaşırı antiseptik məhlullarla dezinfeksiya olunmaq lazımdır.

Virusa yoluxub sağalanlar da mütləq maska taxmalıdırlar, çünki bir dəfə infeksiyaya yoluxmaq onları xəstəliyə təkrar yoluxmaqdan qətiyyən qorumur. Onların ağciyərlərində “buzlu şüşə” effekti yarandığı üçün ağciyərlər uzun müddətdən sonra bərpa olunsa da, həmin orqanlarda az da olsa, infeksiya ocaqları qalır. Onu da qeyd edim ki, həmin ocaqların həyati təhlükəsi yoxdur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib