Şimali Koreyada koronavirusa ilk yoluxma halı aşkarlanıb
12.05.2022 09:34

Şimali Koreyada ilk koronavirusa yoluxma halı aşkar edilib.

 

Aztibb.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

 

Qeyd olunur ki, mayın 8-də hakimiyyət orqanları Pxenyan sakinlərindən analiz götürüb. Nəticədə bir nəfərdə "omikron" ştamının altnövü aşkarlanıb.

 

Bununla bağlı Şimali Koreya hakim partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası keçirilib. Toplantıda KXDR lideri Kim Çen In virusun yayılmasının qarşısını almaq üçün ölkə sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb.

 

Pandemiya şəraitində KXDR hakimiyyəti 2020-ci ilin əvvəlində ölkəni infeksiyanın yayılmasından qorumaq üçün fövqəladə tədbirlər görüb, o cümlədən dövlət sərhədləri bağlanıb.

 

Pxenyan beynəlxalq COVAX mexanizmi çərçivəsində respublikaya koronavirus vaksinlərin tədarükündən imtina edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub