COVID-19-un izləri xəstələrin 10 faizində bir ilədək qalır - Yaponiyalı alimlər
09.05.2022 16:29

COVID-19 virusuna yoluxan insanların 10 faizində bu xəstəliyin izi özünü hətta bir il sonra da göstərə bilər.

 

Aztibb.az Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin mütəxəssisləri apardıqları tədqiqatların nəticələrinə əsasən bildiriblər. Yapon mütəxəssislər qeyd edirlər ki, xəstəliyin izi özünü əsasən əzələ kütləsinin azalmasında göstərir. Bu hal həmin xəstələrin 7,4 faizində müşahidə olunur.

 

Eyni zamanda bildirilir ki, koronavirusa yoluxanların 4,4 faizində nəfəs çatışmazlığı, 3,5 faizində isə yuxululuq halları özünü göstərir.

 

Qeyd edilir ki, tədqiqatlarda 2020-ci ilin sentyabrından 2021-ci ilin iyulunadək koronavirusun ağır formasına yoluxan 693 nəfər iştirak edib.

 

“Zaman keçdikcə simptomların davam etməsindən şikayət edənlərin sayının azalmasına baxmayaraq, bəzi xəstələrdə xəstəliyin təsiri hələ də müşahidə edilir”, - deyə nazirliyin tədqiqatçılar qrupunun rəhbəri Akihito Yokoyama bildirib.

 

Həmçinin qeyd edilir ki, xəstəliyə yoluxanların 5,1 faizinin ciyərlərində tomoqrafiya zamanı müxtəlif dərəcəli xəsarətlər müşahidə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib