Bu günədək Türkiyədə 7 minə yaxın insan koronavirusdan həyatını itirib  
13.09.2020 20:22

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə geniş mübarizədə tədbirlərə baxmayaraq, gündəlik yoluxma sayında azalma müşahidə olunmur.

Aztibb.az xəbər verir ki, yerli hakimiyyət orqanları infeksiya ilə mübarizənin səmərə verməsi məqsədilə vilayətlər üzrə bəzi məhdudiyyətləri sərtləşdirməkdə davam edirlər.

 

Türkiyənin Səhiyyə Nazirliyinin məlumatına görə, sentyabrın 12-də ölkə üzrə 98 min 326 nəfər koronavirus testindən keçirilib. Onlardan 1509 nəfər xəstə çıxıb. Sutka ərzində 1207 nəfər sağalıb, 48 xəstə dünyasını dəyişib. İndiyədək infeksiyadan ölənlərin sayı 6 min 999 nəfərə çatıb.

 

Gündəlik ölüm halında da yüksəliş davam edir. Bu vaxtadək koronavirusa yoluxanların sayı 289 min 635 nəfərə çatıb. Təxmini hesablamalara görə, bu sürətlə bir həftə sonra yoluxanların sayı 300 mini ötəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib