Braziliyada "omikron" ştamının yeni mutasiyası aşkarlanıb
28.04.2022 09:31

Braziliyalı epidemioloqlar koronavirusun "omikron" ştammnın yeni mutasiyasını aşkar ediblər.

 

Aztibb.az "Folha de S.Paulo" qəzetinə istinadən xəbər verir ki, söhbət "omikron" ştamının BA.1 və BA.2 variantlarının kombinasiyası formasında mutasiyasından gedir. Sözügedən mutasiya "Gisaid" beynəlxalq məlumat bazasında yoxdur.

 

İnfeksiyanın yeni növünün aşkar edildiyi biomaterial nümunəsi fevralın 16-da San-Pauloda üç yaşlı uşaqdan götürülüb.

 
Qeyd edilir ki, "omikron"un yeni tam rekombinasiyasının yaranması haqqında danışmaq üçün heç bir əsas yoxdur, çünki bunun üçün müvafiq mutasiya ən azı beş nümunədə təsdiqlənməlidir.

 

Hazırda Braziliyada koronavirusun üstünlük təşkil edən variantı "omikron"un BA.2 mutasiyasıdır ki, bu da ölkədəki bütün yoluxma hallarının təxminən 70 faizini təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib