İspaniyada koronaviruslu ağır xəstələrin sayı ikiqat artıb
12.09.2020 17:01

Artıq üç həftədir ki, İspaniya Səhiyyə Nazirliyi xəstəxanaların intensiv terapiya şöbələrinin hədsiz yüklənməsi barədə hesabatlar dərc edir.

Aztibb.az “20minutos” nəşrinə istinadla xəbər verir ki, bu müddətin birinci günündə COVID-19 diaqnozu qoyulmuş ağır xəstələrin sayı 500 nəfər olduğu halda 21 gündən sonra (ötən cümə günü) müvafiq göstərici iki dəfədən çox artaraq 1200-ə çatıb.


Xəstəxanalara yerləşdirilmiş koronaviruslu pasiyentlərin ümumi sayında da oxşar dinamik müşahidə olunur. Üç həftə ərzində belə xəstələrin sayı 4636-dan 8658-ə çatıb.

İspaniya Tibb Assosiasiyasının (SEMİ) baş katibi Karlos Lubrerasın sözlərinə görə, iyulun axırlarından bəri xəstəxanalara yerləşdirilənlərin sayı artmaqdadır.

İspaniya xəstəxanaların intensiv terapiya şöbələrinə yerləşdirilmiş COVID-19 pasiyentlərinin sayına görə bütün Avropa üzrə mütləq liderdir: bu ölkədə hər 100 min sakinə düşən pasiyentlərin sayı 2,42-yə bərabərdir. Sonrakı yerləri Rumıniya (hər 100 min sakinə 2,36 pasiyent) və Fransa (hər 100 min sakinə 0,85 pasiyent) tutur.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib