Dünyada koronavirus infeksiyasına rekord sutkalıq yoluxma qeydə alınıb
12.09.2020 14:00

Sentyabrın 11-də dünyada COVID-19 infeksiyasına rekord sayda – 310 min 713 yoluxma qeydə alınıb. Əvvəlki rekord 304 min 466 nəfərin yoluxduğu sentyabrın 4-də müşahidə edilmişdi.

Aztibb.az "Worldometer" saytına istinadla xəbər verir ki, həmçinin ötən sutka ərzində COVID-19 infeksiyası səbəbindən 5 min 809 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, indiyə qədər dünyada koronavirusa yoluxanların sayı 28 milyon 660 min nəfərə çatıb, infeksiya səbəbindən ölənlərin sayı isə 920 min nəfərə yaxınlaşıb. Eyni zamanda, 20 milyon 586 min 147 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 153 min 862 xəstədən 60 min 895-nin vəziyyəti ağır qiymətləndirilir.

Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon 636 min 247 nəfərə çatıb. Bu göstəriciyə görə, sonrakı yeri ötən sutka ərzində ən çox yoluxma halının qeydə alındığı (97 min 654) Hindistan tutur - 4 milyon 659 min 984 nəfər. Braziliyada 4 milyon 283 min, Rusiyada 1 milyon 52 min, Peruda 716 min, Kolumbiyada 702 min nəfər koronavirusa yoluxub.

COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideri olan ABŞ-da 197 min 421, İlk beşliyə daxil olan Braziliyada 130 min 474, Hindistanda 77 min 506, Meksikada 70 min 183, Böyük Britaniyada isə 41 min 614 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib