ATU-nun Tədris Terapevtik Klinikasında "Antifosfolipid sindrom" mövzusunda seminar keçirilib  
21.04.2022 15:26
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev, müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, professor Fərhad Talıbov və həkim-rezidentlərin iştirakı ilə “Antifosfolipid sindrom” mövzusunda seminar keçirilib.
 
Tədbirdə çıxış edən klinikanın Revmatologiya şöbəsinin həkim-rezidenti Nuranə Sadiqli xəstəlik və müasir müalicə metodları haqqında ətraflı məlumat verib.
 
Antifosfolipid sindromun (AFS) klinik autoimmun bir sindrom olduğunu deyən məruzəçi onu səbəbinin qazanılmış hiperkoaqulyasiya olduğunu bildirib. Nuranə Sadiqli qeyd edib ki, Antifosfolipid sindromu dərmanlar (prokainamid, xinidin, fenitoin, hidralazin, xlorpramazin), infeksiyalar (sifilis, malyariya, hepatit C, QİÇS), həmçinin autoimmun xəstəliklər (SLE) və neoplazmlar (şiş törəmələri) nəticəsində yarana bilir.
 
Onun sözlərinə görə, xəstəliyə diaqnoz qoymaq üçün antikardiolipin İg G, İg M, betta 2 qlikoprotein İg G, İg M və Lupus antikoaqulyantı 3 ay fasilə ilə qanda tapılmalıdır: "Bu göstəricilərə ona görə üç ay fasilə ilə baxılır ki, keçirilmiş bakterial və virus infeksiyasından sonra keçici olaraq qanda göstəricilər arta bilər. Ən azı bir klinik və bir laborator əlamət olmalıdır ki AFS sindrom diaqnozu qoyulsun. Həmçinin, trombozun digər ola biləcək səbəbləri-oral kontraseptiv istifadəsi, yataq xəstəsi olub olmaması, sistemik lupus eritematozus (qırmızı qurd eşənəyi) xəstəsi olub olmaması, trombotik olayların sıxlığı, trombositopeniya, hamiləliyin gedişi araşdırılmalıdır".
 
Həkim qeyd edib ki, AFS sindromda bir çox orqan və sistemlər zədələnərək müxtəlif simptomatika ilə özünü göstərə bilər. Məsələn, pulmonar sistemdə tromboz, pulmonar hipertenziya, ARDS, ürək damar sistemində miokard infarktı, ürəyin qapaq xəstəlikləri, dərin venaların trombozu, livedo retikularis, barmaqların qanqrenası. Həmçinin, nevroloji ağırlaşmalarla (beyin damarlarının trombozu, neyronal toxumanın zədələnməsi, TİA, insult), renal (hipertenziya və proteinuriya), oftalmoloji (retinal arteriya və venanın tutulması), osteonekroz (bud başını qidalandıran arteriyanın tutulması) kimi əlamətlərlə özünü göstərə bilər.
 
"Müalicəsində aspirin, varfarin, hidrokaixloroxin (plaquenil) kimi preparatlardan istifadə olunur. Hamiləlikdə varfarin teratogen oluğundan istifadə oluna bilmədiyinə görə kiçik molekul çəkili heparin və aşağı dozalarda aspirin istifadə olunur", - deyə məruzəçi əlavə edib.
 
Geniş müzakirə şəraitində keçən seminarda rezidentlər qarşılaşdıqları situasiyalarla bağlı rəy və fikirlərini bölüşüb, onları maraqlandıran suallara aydınlıq gətirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb