Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Türkiyənin tanınmış həkimləri ilə görüş keçirilib
22.04.2026 12:03

Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Türkiyə Cümhuriyyətinin tanınmış ginekoloq-onkoloqu, “Türkiyə Ginekologiya və Mamalıq Dərnəyi”nin İdarə Heyətinin üzvü, professor Ateş Karateke və tanınmış ginekoloq, Ankara Medipol Universitetinin professoru eyni zamanda da həmyerlimiz olan Məlahət Atasever ilə institutun rektoru professor Nazim Pənahov arasında görüş keçirilib.

Bu barədə Aztibb.az-a Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan xəbər verilib.


Görüş zamanı professor A.Karateke və M.Atasevər uzun illərə dayanan tibbi təcrübələrindən, xüsusilə qadın sağlamlığı və onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində əldə etdikləri nailiyyətlər haqqında məlumat verərək, erkən diaqnostikanın əhəmiyyəti və profilaktik tədbirlərin rolunu xüsusi olaraq vurğulayıblar.
Eyni zamanda, “Qadınlarda uşaqlıq boynu xərçəngi”nin profilaktikası tədbirlərinə dair materialların institutun tədris proqramlarına daxil edilməsi məsələsi ətrafında müzakirələr aparılıbr.

Görüşdə, həmçinin Mamalıq-ginekologiya kafedrasının müdiri, professor Leyla Rzaquliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vəfa Abdullayeva da iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır