Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
22.04.2026 10:35
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistan Respublikası Prezidentinin Administrasiyası və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin təşkilatçılığı ilə keçirilən “İctimai sağlamlıq və təhlükəsizlik üçün transmilli narkotik təhdidlərinə qarşı mübarizə” mövzusunda beynəlxalq forumda iştirak ediblər.
 
 
Bu barədə Aztibb.az-a Nazirlikdən məlumat verilib.
 
Qeyd olunub ki, forumda Səhiyyə Nazirliyini Bakı Şəhəri Narkoloji Mərkəzinin direktoru Qalib Məmmədov, Respublika Narkoloji Mərkəzinin I şöbəsinin həkim-narkoloqu, Elçin Abuşov və nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Əli Həziyev təmsil ediblər.
 
Forum çərçivəsində keçirilən “Səhiyyə, müalicə və reabilitasiya” sessiyasında çıxış edən Q. Məmmədov ölkədə narkomaniya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, müalicə və reabilitasiya xidmətlərinin strukturu, eləcə də qanunsuz psixotrop maddələrdən istifadə edən şəxslərlə bağlı statistik göstəriciləri diqqətə çatdırılıb.
 
Forum çərçivəsində nazirlik nümayəndələri tərəfindən Özbəkistan, Qazaxıstan, Tacikistan, Belarus və digər ölkələrin müvafiq səhiyyə müəssisələrinin, o cümlədən müvafiq beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlər keçirilib, mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
 
Azərbaycan nümayəndə heyəti həmçinin, narkotik və təhlükəli malların qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində istifadə olunan qabaqcıl rəqəmsal həllər, texniki vasitələr və ixtisaslaşdırılmış avadanlıqların nümayiş olunduğu “Narkotik vasitələrə nəzarət sahəsində innovasiyalar” adlı sərgiyə qatılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır