Azərbaycanlı alimlər Qazaxıstanda elmi tədbirlərdə iştirak ediblər
23.04.2026 12:15

Elm, təhsil və səhiyyə sahəsində əməkdaşlıq memorandumu əsasında Azərbaycan Tibb Universitetinin (ATU) Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri professor Eldar Qasımov və Elmi Araşdırmalar Mərkəzinin Elektron Mikroskopiya şöbəsinin müdiri, dosent Fuad Rzayev Qazaxıstanın Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetində “Vizitinq Professor”  proqramı çərçivəsində silsilə tədbirlərdə iştirak ediblər.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Qeyd olunub ki, alimlər universitetin Histologiya kafedrasının müdiri, dosent Janat Eskarayevnanın rəhbərliyi ilə orada aparılan tədris prosesi, maddi texniki baza və laboratoriyalarla tanışlıqdan sonra professor-müəlllim heyəti və gənc alimlər üçün “Epidermal səddin morfofunksional xarakteristikası” və “Təbii və sintez olunmuş nanohissəciklərin ultrastruktur xüsusiyyətlərinin tədqiqi”, tələbələr üçün isə “Sinir toxumasının struktur elementləri” mövzularında mühazirələr oxuyublar.

 

Daha sonra nümayəndə heyətimiz “Tibbdə Morfologiya: Fundamental Nəzəriyyələrdən Klinik Qərarlara” adlı I Beynəlxalq Elmi Praktiki Konfransda professor E.Qasımov “Spirman korrelyasiyası və ROC analizindən istifadə edərək eksperimental endotoksemiya zamanı beyin qabığının tünd neyronlarının morfometrik təhlili” və dosent Fuad Rzayev “Rəqəmsal morfologiyanın tibbdə rolu-Transmission Elektron Mikroskopu misalında” mövzularında məruzələri ilə çıxış ediblər. Bundan əlavə, adı qeyd olunan konfransda alimlərimiz bölmələr üzrə (Tibbin fundamental, eksperimental və tətbiqi morfologiyada müasir nailiyyətlərinin analizi – E. Qasımov; Morfoloqlar, tədqiqatçılar və tibb təhsili mütəxəssisləri arasında fənlərarası dialoqun qurulması – F. Rzayev) tədbirin moderatoru vəzifələrini icra ediblər.

 

Eyni zamanda, ATU nümayəndələri elmi məsləhətçiləri olduğu və fəlsəfə doktoru elmi adı almaq üçün (PhD) “Tibb” ixtisası üzrə təhsil alan doktorantları (Kuanış Baytenov və Jurqenova Altınay) ilə dissertasiya işinin yerinə yetirilməsi istiqamətində müzakirələr aparıb, məqalələrə dair tövsiyələr veriblər.

 

Qeyd edək ki, doktorantların elmi işlərinin bir hissəsinin ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasında və EAM-nın Elektron Mikroskopiya şöbəsində yerinə yetirilməsi də planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır