Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsində TEC-in konfransı keçirilib
23.04.2026 10:32

ATU-nun II Müalicə-profilaktika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi konfransı keçirilib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi yad edilib.

 

Konfransın sədri, fakültənin dekanı, dosent İsrail Məhərrəmbəyli son illərdə tələbələrin elmi fəaliyyətə marağının xeyli artdığını diqqətə çatdırıb. Bildirib ki, əvvəllər 60-70 elmi iş təqdim olunurdusa, bu il artıq 280 iş çap edilib. İ.Məhərrəmbəyli ən yüksək nəticə göstərən tələbələrin universitet səviyyəsində keçiriləcək yekun konfransda iştirak hüququ qazanacaqlarını da qeyd edib.

 

Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan istedadlı tələbələrin elmi fəaliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb. Prorektor tədrisin aparılması və elmi yeniliklərin praktik təcrübəyə tətbiqinin bilavasitə elmi fəaliyyətlə bağlı oldunu vurğulayıb. Nəzəri və klinik kafedralarda çalışan müəllimlərin tədqiqatçı tələbələrə hər zaman dəstək göstərməsini yüksək qiymətləndirən prorektor, konfransın işinə uğurlar arzulayıb.

 

Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov hər bir tələbənin gələcəkdə həkim kimi formalaşmasında elmi fəaliyyətin böyük rolundan danışaraq, bu gün elmi işlərini sınağa çıxaran tələbələrin öz zəhmətlərinin bəhrəsini görəcəklərinə əminliyini bildirib.

 

ATU TEC-in elmi rəhbəri, dosent Nərgiz Məmmədova Tələbə Elmi Cəmiyyətin fəaliyyətinin təhsil prosesinin ayrılmaz hissəsi olduğunu bildirib. Qeyd edib ki, belə konfranslar tələbələrdə tədqiqat vərdişlərinin formalaşmasına və onların gələcək peşəkar inkişafına mühüm töhfə verir, həmçinin tələbələrin elmi yaradıcılığa cəlb olunması ilə ölkədə tibb elminin inkişafına xidmət edir.

 

II MPF TEC-in elmi rəhbər əvəzi, baş müəllim Günay Eminova elmi işləri qəbul edilən, konfransın materiallarında dərc olunan tələbələri hansı yeri qazanacaqlarından asılı olmayaraq qalib hesab etdiyini vurğulayıb.

 

ATU TEC-in sədri Nigar Babayeva və II MPF TEC-in sədri Leyla Səfərli konfransın reqlamenti, proqramı və münsiflər heyətinin tərkibi haqda məlumat veriblər. Eyni zamanda münsiflər heyətinin qiymətləndirməsi əsasında qaliblərə diplom və sertifikatların təqdim olunacağı diqqətə çatdırılıb.

 

Açılış mərasimindən sonra konfrans öz işini panellər üzrə davam etdirib. Konfrans çərçivəsində 100-dən çox məruzə dinlənilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır