ATU-nun əməkdaşı Ege Universitetində akademik fəaliyyət göstərib  
20.04.2026 18:54
Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi və Sağlamlıq Elmləri Təhsili kafedrasının tədris işləri üzrə müdir müavini, baş müəllim Aydan Qədimli “Orhun” mübadilə proqramı çərçivəsində Ege Universitetində akademik fəaliyyət göstərib.
 
Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.
 
Bildirilib ki, səfər zamanı əməkdaşımız doktorantura səviyyəsində keçirilən dərslər, simulyasiya əsaslı təlim prosesləri, eləcə də qiymətləndirmə və dəyərləndirmə komissiyalarının fəaliyyətində iştirak edib, bu sahədə tətbiq olunan yeniliklərlə yaxından tanış olub. Eyni zamanda Ege Universitetinin karyera imkanlarına həsr olunan tədbirdə “ATU Tıp Eğitimi Araştırmaları Kapsamında: Tıp Öğrencilerinde DEHB ve Üniversiteye Uyum Süreci” mövzusunda məruzə ilə çıxış edib.
 
Səfərin sonunda “Eğitici Eğitimi” proqramında uğurla iştirakına görə əməkdaşımız Ege Universitetinin Tibb Təhsil kafedrası tərəfindən sertifikatla təltif olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır