Kimya İnstitutunda gənc alimlərin qlobal inteqrasiyasına dair yeni strategiya müzakirə olunub    
24.04.2026 13:34

ETN Kimya İnstitutu PHŞ-in gənc alim və mütəxəssislərinin elmi fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına həsr olunmuş geniş tərkibli tədbir keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan institutun Beynəlxalq əməkdaşlıq sektorunun əməkdaşı Natiq Salahov institutda gənc kadrların inkişafı və onların müasir elmin tələblərinə uyğun yetişdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıb. Sonra Natiq Salahov genişmiqyaslı strategiyanın təqdimatnı iclas iştirakçılarının diqqətinə çatdırıb. Layihənin bütün konseptual strukturunu və icra mexanizmini hazırlayan Natiq Salahov gənc tədqiqatçıların beynəlxalq arenaya çıxışını təmin edəcək yeni "Yol Xəritəsi"ni iştirakçıların diqqətinə çatdırıb. Layihə rəhbəri qeyd edib ki, proqram çərçivəsində institutda gənclərin elmi kommunikasiya bacarıqlarını artıracaq "Chemical English Speaking Club", həmçinin dünya elmindəki ən son yeniliklərin təhlil olunacağı "Nature Club" tezliklə fəaliyyətə başlayacaq. Natiq Salahov gənc alimlərin stimullaşdırılması üçün nəzərdə tutulan xüsusi mükafat sistemindən də bəhs edərək bildirilib ki, təsis ediləcək "Innovation Award" mükafatı çərçivəsində ilin ən yaxşı elmi ideya və ixtira müəllifləri maddi mükafatla yanaşı, xarici ölkələrin aparıcı laboratoriyalarında tam maliyyələşdirilən təcrübə proqramlarında iştirak hüququ qazanacaqlar.

 

Layihənin digər mühüm istiqaməti doktorantların elmi yaradıcılığının dəstəklənməsidir. Bu xüsusda, doktorantların beynəlxalq qrant layihələrinə cəlb olunması, xarici elmi fondların (DAAD, ETH Zurich və s.) imkanlarından yararlanması üçün birbaşa mentorluq mexanizminin qurulduğu vurğulanıb.

 

Sonra Tm Media Groupun əməkdaşı Mövlud Əhmədov “Süni İntellekt Dəstəkli Virtual Kimya Laboratoriyası” adlı prezentasiya ilə çıxış edərək virtual kimya laboratoriyasının imkanlarından danışıb.

Daha sonra Beynəlxalq əməkdaşlıq sektorunun əməkdaşı Araz Dövlətov çıxış edərək, gənclər üçün əlçatan olan yeni beynəlxalq konfranslar və elmi platformalar barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Görüş zamanı gənc alimlərlə qurulan açıq dialoq xüsusi diqqət çəkib. Gənclər elmi fəaliyyət prosesində qarşılaşdıqları çətinliklər barəsində danışıb, təkliflərini səsləndiriblər. Qaldırılan hər bir məsələ  fərdi qaydada təhlil olunaraq, bəzilərinin  həlli üçün konkret hüquqi və praktiki yollar göstərilib, bəzilərinin isə İnstitut rəhbərliyin diqqətinə çatdırılacağı qeyd olunub.

Tədbir gənclərin elmi təşəbbüskarlığının artırılması və institutda sağlam elmi mühitin formalaşdırılması üçün vacib addım kimi qiymətləndirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub