Yenidoğulmuş uşağı necə çimizdirmək lazımdır? - Pediatr Məhsəti Nəcəfova açıqladı
21.04.2026 13:07
Bakı Baş Səhiyyə Mərkəzinin həkim-pediatrı Məhsəti Nəcəfova yenidoğulmuş uşağın çimizdirilməsi ilə bağlı Aztibb.az-a danışıb.
Həkim bildirib ki, yenidoğulmuş körpələr həmçinin, dəri vasitəsilə tənəffüs etdikləri üçün və dərinin də müxtəlif infeksiyalara giriş qapısı olduğunu nəzərə alaraq uşağı vaxtlı-vaxtında çimizdirmək əsas gigiyenik şərtlərdən biridir. Körpə ilk doğulan kimi doğum evində çimizdirilir. Bəzən valideynlər evə gəldikdən sonra uşağı çimizdirməkdən qorxurlar. Xatırladaq ki, ana bətnində uşaq 9 aydır ki, su ilə tanışdır. Onun həmin zaman komfortunu məhz rahat üzdüyü dölyanı maye təşkil etmişdir.
Onun sözlərinə görə, körpəni çimizdirmədən öncə otaq hazırlanmalıdır. Otağın bu zaman hərarəti 25-27 dərəcə olmalıdır. Çimizdirmədə istifadə olunan vasitələr vaxtında hazır qoyulmalıdır ki, uşaq çiməndə ana onu vannada tək qoyub nəsə axtarmasın. Lazım olan vasitələr bunlardır: tənzif, uşaq sabunu, göz yaşartmayan şampun (həftədə 1 dəfə), təbii süngər, yumşaq və böyük dəsmal, steril pambıq, saç üçün yumşaq dişli daraq, dəri nəmləndirici losyon, uşaq qayçısı və s.
"Körpə qidalanmadan öncə çimizdirilməlidir ki, həm uşaq qaytarmasın, həm də sonra qidalanıb daha rahat yatsın", - deyən Məhsəti Nəcəfova əlavə edib ki, körpəni soyuq havada çimizdirib dərhal gəzintiyə çıxarmaq olmaz. Axşam yatmazdan 1-2 saat öncə yuyundurmaq daha yaxşı olar. Çimməzdən öncə plastik material - vanna tər-təmiz yuyulmalıdır. Vannanın içərisinə yumşaq dəsmal düzülməlidir ki, körpə vannada sürüşməsin. Su bədən temperaturuna yaxın - 36,5-37 dərəcə olmalıdır. Termometr yoxdursa, əllərin arxasıyla temperatura nəzarət etmək olar.
Məhsəti Nəcəfova qeyd edib ki, uşağı ilk suya qoyduqda onu alışdırmaq üçün tədricən qoymaq lazımdır. Uşaq yüngül şəkildə suya salınır, başını qol üzərində saxlayıb sonra bədəninə su axıdılır. Sabunlanmış tənziflə əvvəl baş və bədən sol əllə saxlanmış vəziyyətdə, sağ əllə bədənin ön hissəsi, sonra isə üz üstə çevirib başın və bədənin arxa hissəsi yuyundurulur. Büküşləri də yaxşı yumaq lazımdır. Sonda uşağı çimizdirdiyimiz sudan 1-2 dərəcə aşağı temperaturlu suyu onun bədənindən axıtsaq, möhkəmləndirici vasitə kimi etmiş olarsız.
"Çimmə prosesindən dərhal sonra körpəni dəsmala büküb yaxşı qurulayın! Çimmə müddəti 5-7 dəqiqə çəkir. Çimdikdən sonra ilk iki saat ərzində nisbətən isti geyindirmək, başına yumşaq ləçək bağlamaq olar. Uşaq həftədə 2-3 dəfə yuyucu vasitələrlə, qalan günlər isə təmiz su ilə yaxalanmalıdır. İsti aylarda hər gün yaxalanmalıdır. İməkləyən uşaqları gündə 2 dəfə yaxalamaq lazımdır", - deyə pediatr bildirib.
Bu bölməyə aid digər xəbərlər
Müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsullar işləyib hazırlayıb
12.10.2026 | 11:35
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Kardioloq: "Ürək üçün vacib olan meyvələr kalsium və kaliumla zəngin olmalıdır"
28.09.2026 | 13:33
90 yaşlı alimlə MÜSAHİBƏ
24.09.2026 | 14:05
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
21.09.2026 | 12:42
Səhiyyə idarəçiliyində verilən qərarlar mümkün qədər məlumatlara, araşdırmalara və sübuta əsaslanmalıdır - MÜSAHİBƏ
17.09.2026 | 10:30
Səhiyyə menecmenti sahəsini seçməkdə məqsədimiz idarəetmə ekosistemini gücləndirməkdir
16.09.2026 | 17:27
Yeniyetmələrdə hormonal və cinsi inkişaf mərhələlər üzrə izlənir və qiymətləndirilir
14.09.2026 | 12:01
İİV-lə bağlı stiqma xəstələrdə diaqnostika və müalicə proseslərinə əhəmiyyətli təsir göstərir - Müsahibə
11.09.2026 | 14:52
Dəridə səpgilər nədən xəbər verir?
07.09.2026 | 10:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

