“Müalicə-profilaktika müəssisələrində tibbi tullantıların idarə olunması” mövzusunda tədbir keçirilib
30.07.2025 09:51

Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi və ictimai sağlamlığın qorunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu çərçivədə “Müalicə-profilaktika müəssisələrində tibbi tullantıların idarə olunması” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

 

Bu barədə Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Çinarə Əhmədova tibbi tullantıların düzgün idarə olunmasının ekoloji təhlükəsizlik və ictimai sağlamlıq üçün əhəmiyyətindən bəhs edib.

 

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin direktoru Şeyda Şıxəliyeva bildirib ki, tibbi tullantıların düzgün çeşidlənməsi, toplanması, saxlanması və zərərsizləşdirilməsi müalicə müəssisələrində infeksiya təhlükəsinin qarşısının alınmasında mühüm rol oynayır. O, həmçinin qeyd edib ki, bu sahədə aparılan mütəmadi monitorinqlər yalnız nəzarət məqsədi daşımır, eyni zamanda səhiyyə müəssisələrində gigiyena səviyyəsinin yüksəldilməsinə xidmət edir. Şeyda Şıxəliyeva bildirib ki, hər bir tibb müəssisəsində tibbi tullantıların idarə olunması üzrə məsul şəxslərin maarifləndirilməsi, eləcə də bu prosesin mövcud qanunvericiliyə uyğun təşkil olunması vacibdir.

 

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Tural Əsgərov da çıxış edərək, tibbi tullantıların ətraf mühitə təsirindən və onların təhlükəsiz utilizasiyasının zəruriliyindən qısa şəkildə bəhs edib.

 

Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və mövzu üzrə faydalı tövsiyələr verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır