Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
21.04.2026 17:48

Tanınmış cərrah-uroloq, transplantoloq, Səhiyyə Nazirliyinin Orqan Transplantasiyası üzrə mütəxəssis-eksperti, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Elmi-Təcrübə Mərkəzinin rəisi, Azərbaycan Respublikası Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında təşkil olunmuş “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” mövzusunda elmi-praktiki konfransda moderator və məruzəçi qismində iştirak edib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Rəşad Şolan öz feysbuk səhifəsində paylaşım edib.

 

Paylaşımda bildirilib: “Nefrologiya və böyrək transplantasiyasında kliniki təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda həm moderator, həm də məruzəçi qismində iştirak etdik. Toplantı elmi olaraq zənginliyi ilə bərabər ciddi diskussiyalarla yadda qaldı. Dəvət üçün professor Məlahət Sultanovaya və professor Aytən Məmmədzadəyə təşəkkürümü bildirirəm. Komandamızın transplant-nefroloqu Nərgiz Baxşəliyevanın məruzəsi də maraqla qarşılandı. Ümumilikdə çox faydalı və məzmunlu bir elmi toplantının şahidi olduq".

 

Qeyd edək ki, konfransın məqsədi nefrologiya sahəsində əldə olunan müasir klinik təcrübələrin müzakirəsi, böyrək transplantasiyası sahəsində yeniliklərin paylaşılması və gələcək inkişaf perspektivlərinin dəyərləndirilməsi olub. Tədbirdə sahə üzrə mütəxəssislər, həkimlər, rezidentlər və tələbələr iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır