İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?
21.04.2026 16:25
Xətai Tibb Mərkəzinin həkim-reanimatoloqu Ədibə Kazımova insult xəstələrinə evdə necə qulluq edilməsi ilə bağlı Aztibb.az-a məlumat verib.
 
Həkim bildirib ki, insult xəstələrinə evdə qulluq kompleks və diqqətli yanaşma tələb edir.
 
Onun sözlərinə görə, xəstənin dərmanları həkim təyinatına uyğun vaxtında verilməlidir. Təzyiq, nəbz və şəkər səviyyəsi mütəmadi nəzarətdə saxlanmalıdır. Bundan başqa, yataq yaralarının qarşısını almaq üçün xəstənin mövqeyi tez-tez dəyişdirilməli, reabilitasiya hərəkətləri (masaj, yüngül gimnastika) davam etdirilməlidir.
 
Ədibə Kazımova qeyd edib ki, insult xəstələrinin qidalanması balanslı və udma çətinliyi nəzərə alınaraq təşkil olunmalıdır. Həmçinin gigiyena və psixoloji dəstək təmin edilməlidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır