COVID-19-a qarşı vaksinə etibarsızlıq insanların sağlamlığına təhlükə yaradır - BMT
12.09.2020 10:10

COVID-19-a qarşı vaksinlərin, habelə koronavirusun diaqnostikası və müalicəsi üçün vasitələrin yaradılması və istehsalının sürətləndirilməsi üzrə aprel ayında başlanmış beynəlxalq təşəbbüsün uğur qazanması 35 milyard dollar pul lazımdır. Bu məbləğin 15 milyardı yaxın 3 ay ərzində ayrılmalıdır.

 

Aztibb.az BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, BMT-nin Baş katibi bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərinin iştirakı ilə keçirilən tədbirdəki çıxışında səsləndirib.

 

ÜST cari ilin yanvar ayından başlayaraq vaksinin yaradılması, habelə heyvanlar üzərində tədqiqatlardan başlamış klinik sınaqlara qədər bu vaksinin yoxlanması üçün dünyada minlərlə alimin işini əlaqələndirir. Koronavirusun diaqnostikası üçün ÜST-də işlənib hazırlanmış metodlar bu gün bütün dünyada tətbiq edilir. ÜST-ün himayəsi ilə başlanmış “həmrəylik sınaqları”nda onlarca ölkə iştirak edib. Alimlər koronavirus infeksiyasının müalicəsi üçün müəyyən dərmanların və ya onların kombinasiyasının səmərəlilik dərəcəsini qiymətləndiriblər.

 

BMT-də əmindirlər ki, gələcək vaksinin və müalicənin təkcə bir ölkə və ya region üçün əlçatan olması qəbuledilməzdir. Planetin hər bir sakini səmərəli və təhlükəsiz terapevtik vasitələrdən istifadə edə bilməlidir. Quterreşin sözlərinə görə, vaksin üzərində aparılan iş bizim “ictimai nemət” dediyimiz dəyərin parlaq nümunəsidir, bu işin nəticələri bütün bəşəriyyətin mənafelərinə uyğun olmalıdır.

 

BMT Baş katibinin bu mövqeyi dünya liderlərinin çoxu tərəfindən dəstəklənir. Bu il aprel ayında genişmiqyaslı beynəlxalq əməkdaşlıq təşəbbüsünə start verilməsinə həsr edilmiş virtual tədbirdə Fransa Prezidenti və Almaniya Kansleri iştirak ediblər. Bugünkü forumda Avropa Komissiyasının sədri Ursula fon der Leyen, habelə Cənubi Afrika Respublikasının Prezidenti və Norveçin Baş Naziri çıxış edib.

 

Müxtəlif ölkələrdə minlərlə alim COVID-19-a qarşı vaksin üzərində işləyirlər. Əsas məsələ budur ki, vaksin təkcə seçilmişlər üçün deyil, ona ehtiyacı olan hər kəs üçün əlçatan olsun.

 

Bununla bərabər, BMT-nin Baş katibi xəbərdarlıq edir ki, müvafiq tədbirlərin reallaşdırılması üçün 35 milyard dollar, o cümlədən təcili olaraq 15 milyard dollar vəsait lazımdır. BMT rəhbəri “çoxsaylı paralel təşəbbüslərə və milli proqramlara” görə narahat olduğunu bildirib. O deyib: “Bu vəziyyət qlobal səyləri zəiflədir, bu, faydasız siyasətdir”. Baş katibin sözlərinə görə, koronavirus infeksiyasının diaqnostikası, müalicəsi və onun qarşısının alınması vasitələrinin əlçatan olması bütün beynəlxalq birliyin mənafelərinə uyğundur.

 

BMT-nin Baş katibi çıxışının sonunda beynəlxalq birliyi həmrəylik göstərməyə çağıraraq vurğulayıb: “Biz hamımız COVID-19-a qarşı vaksinlərin, bu xəstəliyin diaqnostikası və müalicəsi üçün vasitələrin yaradılmasının və istehsalının sürətlənməsinə yönəlmiş səyləri dəstəkləməliyik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib