"Təsəvvür edin, başqa xəstələrə kömək edirsən, amma öz valideyninə edə bilmirsən"
12.09.2020 09:43

Koronavirusla mübarizə aparan tibb işçilərindən biri, "Yeni klinika"nın həkim-infeksionisti Dilman Əhmədov ailə üzvlərini virusa yoluxdurmamaq üçün uzun müddətdir onlardan ayrıdır. Aztibb.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib. Həkim deyir ki, hətta valideyninin səhhətində problem yarananda ona kömək edə bilməyib:

 

“Dünyada xəstəliyə yoluxma sayı kəskin artanda insanlar arasında təşviş yaranmışdı. Daha sonra ölkəmizdə də yoluxma sayında artım müşahidə edildi. Həmin vaxtlarda xəstəxanamıza ağır xəstələr gətirilsə də, vəziyyəti nəzarətə götürməyi bacardıq. Bununla belə, ilk günlərin çətinliyini unuda bilmirəm...

 

Gün boyu fərdi qoruyucu vasitələrdən istifadə edirdik. Baxildən qalpağa qədər hava keçirməyən geyimin içərisində tərləyir, maye itirirdik. Gərgin iş rejimi səbəbindən bədənin su tələbatını ödəyə bilmirdik. Bu da orqanizmin zəifləməsinə səbəb olurdu. Vitaminlərdən istifadə edirdik ki, immunitetimiz stabil qalsın. Bununla belə, həmkarlarımdan da bu virusa yoluxanlar oldu".

 

O, həkimlərin gərgin iş rejimindən daha çox, öz ailələrindən uzaq olduğuna görə əziyyət çəkdiklərini qeyd edib. Bildirib ki,  hətta, bəzi həmkarları öz övladları və valideynlərini görmədiyi üçün psixoloji problemlərlə üzləşiblər.

 

"Ailə üzvlərimi yoluxdurmayım deyə, evə getmirəm. Bu müddətdə valideynim səhhəti ilə bağlı problemlə üzləşdi. Amma mən ona kömək edə bilmədim. Digər bir həkimə göndərdim. Təsəvvür edin, başqa xəstələrə kömək edirsən, amma öz valideyninə edə bilmirsən... Bu, çox ağır idi” - deyə D.Əhmədov əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib